Zaqatalada qumbara PARTLADI: Vətən müharibəsi iştirakçısı ÖLDÜ - YENİLƏNİB

Zaqatalada qumbara PARTLADI: Vətən müharibəsi iştirakçısı ÖLDÜ - YENİLƏNİB

Hazırda oxunan: Zaqatalada qumbara PARTLADI: Vətən müharibəsi iştirakçısı ÖLDÜ - YENİLƏNİB

157772

Sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfər kənd sakini-1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov həlak olub.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, həlak olan şəxs Vətən müharibəsi iştirakçısıdır.


*** 23:21

Zaqatala sakininin əlində qumbara partlayıb, vəziyyəti ağırdır.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə rayonun Yengiyan kəndinin mərkəzində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Həmid Oruc oğlu Gülməmədovun əlində qumbara partlayıb.

Hadisə nəticəsində ağır xəsarət alan H. Gülməmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) təcili yardım briqadasının əməkdaşlarının müşayəti ilə xəstəxanaya aparılıb.

Hazırda Zaqatala rayon hüquq-mühafizə orqan əməkdaşları hadisə yerində araşdırma aparır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO