“IPhone 15 Pro Max” sağlamlıq üçün təhlükəlidir - FOTO

“IPhone 15 Pro Max” sağlamlıq üçün təhlükəlidir - FOTO

Hazırda oxunan: “IPhone 15 Pro Max” sağlamlıq üçün təhlükəlidir - FOTO

157057

Ötən həftələrdə “Apple” şirkətinin təqdim etdiyi “IPhone 15 Pro Max” telefonlarının təhlükə yaratdığı məlum olub.  

Bizim.Media “GizmoChina” nəşrinə istinadən xəbər verir ki, smartfonun 48 dərəcə selsi temperaturuna qədər qıza bilməsi və belə olduğu halda potensial olaraq insanda birinci dərəcəli yanıqlara səbəb olacağı bildirib. 

Telefon ən çox yuxarı sağ hissədə yerləşən prosessor tərəfindən qızır. “Apple”ın “A17 Pro” çiplərinin istehsalı ilə bağlı problemlərin olması ilə əlaqələndirilir. Buna görə şirkət onları qəbul edərkən keyfiyyət standartlarını aşağı salmış ola bilər. 
Məlumatda həmçinin əlavə olunub ki, problem “IPhone 15 Pro Max”da soyutma sisteminin olmaması ilə daha da ağırlaşır. Bu səbəbdən smartfon demək olar ki, dərhal qızır və soyuması uzun müddət tələb olunur. 


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO