“Professional basketbolda üç dəfə çempion olmuşam, beysbolda da rəqiblərimə qalib gələ bilərəm. Futbol və ya xokkeydə elə də uğur əldə etməmişəm. Mən, həmçinin poker və nərddə də pul qazanmışam.xa0
Həmkarlarım məni “lock smith”x9d adlandırırdılar. Bu, o anlama gəlirdi ki, mən yalnız üstünlüyümün olduğunu biləndə oyun oynayırdım”x9d.
Moderator.az azvision.az-a istinadən xəbər verir ki, bu sözləri azərbaycanlı alim Lütfi Zadənin oğlu Norman Zadə müsahibəsində deyib.xa0
“Üstünlük”x9d dedikdə, mən rəqiblərimdən daha uduşlu vəziyyətdə olduğum və ya rəqibimin çox yorğun olduğu vaxtları nəzərdə tuturam. Xatırlayıram ki, bir dəfə mən poker oynamaq üçün düz beş gün gözləmişdim.xa0
Altıncı gün ən yaxşı oyunçuların birindən mənimlə oynayıb-oynanamayacağını soruşdum. O, məndən dəfələrlə güclü idi, lakin eyni zamanda çox yorğun idi. Nəticədə ona qalib gəldim. Birjada da bu yolla qalib gəlmək olar. Lakin bu, elə də asan iş deyil. Çünki bu sahədə xeyli məlumatlı insan var”x9d.
Onun sözlərinə görə, pullarının böyük hissəsini maliyyə bazarlarına investisiya etməklə qazanıb:
“Pullarımın böyük hissəsini maliyyə bazarlarına yatırımlar etməklə qazanmışam. Bir dəfə 100 milyon dollardan çox gəlir əldə etdim. Mən kazinoda nəsə udmağa çalışmamışam. Bəzi dostlarım cəhd etmişdilər, lakin mən yox. Bu, yaxşı ideya deyil”x9d.
Azərbaycanlı alim, həmçinin “Perfect 10”x9d jurnalının nəşrindən təxminən 53 milyon dollar itirdiyini də dilə gətirib.
O, xa0“Azərbaycanı özünüzə vətən hesab edirsinizmi”x9d sualına isə xeyr cavabı verib.xa0
Norman Zadə deyib ki, ora atamın doğulduğu yerdir.
Qeyd edək ki, dünyaca məşhur azərbaycanlı alim Lütfi Zadənin oğlu Norman Zadə də tanınmış riyaziyyatçı, informatika sahəsi üzrə alimdir. 66 yaşlı Norman hazırda Amerikada yaşayır.xa0
Amerikada böyük nüfuz sahib olan azərbaycanlı alim, həmçinin peşəkar poker oyunçusudur. O, 1974-cü ildə poker oyunu haqqında “Uduşlu poker sistemləri”x9d (“Winning Poker Systems”x9d) kitabını yazıb. Poker turnirlərinin qalibi olub. Norman Zadə həmçinin “Perfect 10”x9d adlı erotik jurnal da nəşr etdirir.







































































































