Şahlar Quliyevin 70 illik yubileyinə həsr olunmuş tamaşa keçiriləcək

Şahlar Quliyevin 70 illik yubileyinə həsr olunmuş tamaşa keçiriləcək

Hazırda oxunan: Şahlar Quliyevin 70 illik yubileyinə həsr olunmuş tamaşa keçiriləcək

155338
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Teatrın solisti, Xalq artisti, Prezidentin Fəxri təqaüdçüsü Şahlar Quliyevin 70 illik yubileyinə həsr olunmuş tamaşa - Müslüm Maqomayevin “Şah İsmayıl”x9d operasının tamaşası keçiriləcəkdir. Yubilyar bu tamaşada əsas partiyalardan birini - Aslan şah rolunu ifa edəcəkdir.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Uzun illər Opera və Balet Teatrının aparıcı solisti olan Şahlar Quliyev teatrın səhnəsində həm milli, həm də klassik tamaşalarda unudulmaz rollar yaradıb. “Koroğlu”x9dda Həsən xan, Eldar, “Leyli və Məcnun”x9dda Nofəl, “Arşın mal alan”x9dda Süleyman, “O olmasın, bu olsun”x9dda Qoçu Əsgər, “Natavan”x9dda Qasım bəy Zakir, “Aida”x9dda Amonasro, “Karmen”x9ddə Eskamilio və s.

Noyabrın 2-də baş tutacaq tamaşada “Şah İsmayıl”x9d rolunu Əməkdar artist Təyyar Bayramov, Gülzar rolunu Əməkdar artist Fəridə Məmmədova, Ərəbzəngi partiyasını isə Afaq Ağayeva ifa edəcəklər.

Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO