Peşə təhsili müəssisələrinə müraciət edənlərin sayı 24 mini ötüb

Peşə təhsili müəssisələrinə müraciət edənlərin sayı 24 mini ötüb

Hazırda oxunan: Peşə təhsili müəssisələrinə müraciət edənlərin sayı 24 mini ötüb
150442
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2023/2024-cü tədris ili üçün peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesinə yekun vurulub. 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, iyulun 28-dən avqustun 11-dək “www.portal.edu.az” platforması vasitəsilə 24 min 90 nəfərdən 75 min 140 müraciət daxil olub. 

Peşə təhsili almaq istəyən şəxslər əsasən İKT, turizm, sənaye, kənd təsərrüfatı və iaşə istiqamətlərində olan ixtisasları seçməyə üstünlük veriblər. 

Müsabiqənin nəticələrinin avqustun 21-də elan olunması nəzərdə tutulur. Nəticələr müraciətçilərə SMS vasitəsilə təqdim edilməklə yanaşı, “şəxsi kabinet” bölməsində də yer alacaq. 

Peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin sentyabrın 1 –5-i tarixlərində baş tutması planlaşdırılır. 

Qeyd edək ki, 2023/2024-cü tədris ili üzrə tələbə qəbulunun I mərhələsi 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25 min 420 yer üzrə aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO