Nazirlər Kabineti notariat hərəkətləri ilə bağlı QƏRAR VERİB 

Nazirlər Kabineti notariat hərəkətləri ilə bağlı QƏRAR VERİB 

Hazırda oxunan: Nazirlər Kabineti notariat hərəkətləri ilə bağlı QƏRAR VERİB 
150298
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nazirlər Kabineti “Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formalarının təsdiq edilməsi haqqında” 23 avqust 2000-ci il tarixli qərarında dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, “Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formaları”na 1-1 nömrəli forma əlavə edilib.

Nazirlər Kabineti notariat hərəkətləri ilə bağlı QƏRAR VERİB  - foto 1

Bundan başqa, Nazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” 11 sentyabr 2000-ci il tarixli qərarında dəyişiklik edib.

Ə.Əsədovun imzaladığı müvafiq qərara əsasən, bundan sonra notariat hərəkətlərinin aparılması zamanı Konstitusiya, "Notariat haqqında" qanun, digər qanunları, habelə "Notariat haqqında" qanuna zidd olmayan Nazirlər Kabineti və Ədliyyə Nazirliyi ilə yanaşı ölkə prezidentinin də öz səlahiyyətləri daxilində qəbul etdikləri normativ aktlar və Təlimat rəhbər tutulacaq.
Bundan başqa, ərizə yazılı formada bilavasitə notariusun yanında imzalanaraq veriləcək, notarius tərəfindən ərizə üzərində tarix və onun yanında verildiyi qeyd edilməklə imzalanacaq, həmçinin şəxsi gerbli möhürlə təsdiq ediləcək və bununla bağlı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq alınmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO