Kürdəmirdə QƏZA: Ata və oğul xəsarət aldı

Kürdəmirdə QƏZA: Ata və oğul xəsarət aldı

Hazırda oxunan: Kürdəmirdə QƏZA: Ata və oğul xəsarət aldı

149656

Kürdəmirdə avtomobil aşıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Şahbəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 10-RM-713 nömrə nişanlı “NİVA” markalı avtomaşının sürücüsü 51 yaşlı İbrahimov Azər Ətir oğlu həmin yolda hərəkətdə olarkən qəfildən avtomobilə idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yol kənarına aşıb. Hadisə zamanı sürücü Azər İbrahimov və onun oğlu, 29 yaşlı İbrahimov Məmmədkərim Azər oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal  Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO