Qarabağdan Bakıya su kəməri çəkiləcək - VİDEO

Hazırda oxunan: Qarabağdan Bakıya su kəməri çəkiləcək - VİDEO

147561

Azərbaycanın su ehtiyatları orta hesabla 30.0 kub kilometrdir. Bunun 2/3 hissəsi, yəni 20.0 kub kilometr tranzit axımın payına düşür, 10.0 kub kilometri isə sərhədlərimiz daxilində formalaşır. İşğaldan azad olunan ərazilərimizin çaylar, göllər, o cümlədən yeraltı sulardan ibarət su ehtiyatları təxminən 780 milyon kub metr olaraq hesablanır. Bu isə yerli su ehtiyatlarımızın 20-25 faizə qədərini təşkil edir.

Bizim.Media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctima Şuranın üzvü Rövşən Abbasov qeyd edib ki, işğal dövründə Azərbaycan Tərtərçay, Həkəriçay, Tərtərçayın qolu Levçay, Tutkunçay, Xaçınçay və digər bu kimi böyük çayların su ehtiyatlarından  məhrum olub. Ermənilər ekoloji terror törədərək həmin çayların sularını dağətəyi ərazilərə buraxmayıblar.

R. Abbasovun sözlərinə görə, işğal zamanı bu çayların qarşısı ermənilər tərəfindən kəsildiyi üçün Qarabağın dağətəyi ərazilərində qazılmış çoxlu artezian quyularının suyundan istifadə olunurdu.

Bu sular çox təmiz yeraltı sular olduğuna görə onlardan içməli su kimi məişətdə istifadə olunması daha məqsədəuyğundur. Çay suları isə minerallar, üzvü birləşmələr baxımından zəngin olduğundan əkin sahələrinın suvarılması üçün daha münasibdir.

Xatırladaq ki, Şuşada keçirilən Qlobal Media Forumunda Prezident İlham Əliyev bildirib ki, Qarabağdakı su ehtiyatlarını Azərbaycanın mərkəzi rayonlarına da gətirəcəyik. Belə bir boru kəməri inşa ediləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO