Azərbaycan hərbçiləri Qafan şəhərinə daxil olub? – Zəngəzurda hamı bu xəbərdən danışır

Azərbaycan hərbçiləri Qafan şəhərinə daxil olub? – Zəngəzurda hamı bu xəbərdən danışır

Hazırda oxunan: Azərbaycan hərbçiləri Qafan şəhərinə daxil olub? – Zəngəzurda hamı bu xəbərdən danışır

14732

Ermənistanın hərbi polisi internetdə yayılan bir videonu araşdırır. Orada bir neçə hərbçi Qafan şəhərinin azərbaycanlılara təslim edildiyi barədə danışır, bəzi əmr və təlimatlardan söz açırlar.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı Ermənistan Baş Prokurorunun müşaviri Gor Abramyana istinadən yayıb.

Prokurorluğun rəsmisi informasiyanı Facebook səhifəsində yazıb.

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan sərhədçiləri Qafan yolunda post qurdu


Qeyd edək ki, əvvəllər Mediaport Telegram kanalı bir neçə hərbçinin şikayətləri haqda video yaymışdı. Ermənilər görüntülərdə xidmət şəraitindən narahatçılıqlarını bildirmişdilər:

"Bizə deyirlər ki, postlarınızı buraxın, Qafan onsuz da təslim olub. Hər tərəfdə türklərdir (azərbaycanlıları nəzərdə tuturlar), 60-70 nəfərdirlər, biz isə 9 nəfərik. Rabitə əlaqəsi, ratsiya yoxdur".

Bununla əlaqədar Gorus qarnizonunun prokuroru Ayk Markaryanın göstərişi ilə Qafan hərbi polis şöbəsində materiallar hazırlanır.

Gor Abramyanın özü təhlükəsizlik səbəbi ilə videonu yayımlamayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO