Zərdabda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər cərimələnib - FOTO

Zərdabda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər cərimələnib - FOTO

Hazırda oxunan: Zərdabda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər cərimələnib - FOTO

147090

Zərdabda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib. 

Ərazilərin zibillənməsi halları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə həmin şəxslər barəsində inzibati qaydada protokollar tərtib edilib. 
Bu istiqamətdə tədbirlər davam etdirilir. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO