Göyçayda piyada səkilərinin yenidən qurulması işləri davam etdirilir - FOTO 

Göyçayda piyada səkilərinin yenidən qurulması işləri davam etdirilir - FOTO 

Hazırda oxunan: Göyçayda piyada səkilərinin yenidən qurulması işləri davam etdirilir - FOTO 

144359

Göyçay şəhərinin küçələrində vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə piyada səkilərinin yenidən qurulması işləri aparılır. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayonda abadlıq işləri çərçivəsində şəhərin 28 may küçəsində piyadalar üçün nəzərdə tutulmuş səkilərin əsaslı şəkildə təmiri, fərdi yaşayış evlərinin fasad və çöl barı hissəsinin üzlənməsi, həmçinin yol kənarlarında yaşıllıqların salınması işlərinin layihə üzrə həyata keçirilməsinə başlanılıb. 

Qeyd edək ki, bu günədək şəhərin Heydər Əliyev prospekti, M.Ə.Rəsulzadə, Füzuli, M.Muradov və R.Rza küçələrində piyada səkilərinin yenidən qurulması işləri tamamlanıb. Bundan başqa görülən işlərin keyfiyyətlə həyata keçirilməsi rayon icra hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.  

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO