İşgəncələrə Qarşı Azərbaycan Komitəsi DTX təcridxanasında monitorinq apardı

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi DTX təcridxanasında monitorinq apardı

Hazırda oxunan: İşgəncələrə Qarşı Azərbaycan Komitəsi DTX təcridxanasında monitorinq apardı

144143
                                              

Moderator.az xəbər verir ki, "İşgəncələrə Qarşı Azərbaycan Komıtəsi"nin sədri Elşad Həmidov və komitənin mətbuat katibi Telman Mirzəyev iyulun 12-də Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında monitorinq keçiriblər. 

Bu barədə komitənin mətbuat katibi T. Mirzəyev saytımıza məlumat verib.

Onlar DTX-nin təcridxanasında saxlanılan məhkumların saxlanılma şəraitləri ilə yaxından maraqlanıblar. 

Məhkumlar onlara göstərilən münasibətdən, saxlanılma şəraitindən və verilən yeməklərin keyfiyyətinin yüksək olmasından razılıq edərək, heç bir narazılıq və şikayətlərinin olmadıqlarını bildiriblər. Məhkumlar xüsusi ilə indiki rəhbərlikdən xeyli razı olduqlarını vurğulayıblar. Eyni zamanda təcridxanadakı kameraların televizorlarla təmin olunmasını da xüsusi olaraq vurğulayıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO