İranlı narkotacirə işləyən daha 2 nəfər HƏBS EDİLDİ – FOTO/VİDEO  

İranlı narkotacirə işləyən daha 2 nəfər HƏBS EDİLDİ – FOTO/VİDEO  

Hazırda oxunan: İranlı narkotacirə işləyən daha 2 nəfər HƏBS EDİLDİ – FOTO/VİDEO  
143542
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranda yaşayan narkotacirlərin Azərbaycanda narkokuryerliyə cəlb etdiyi dəstənin daha 2 üzvü həbs edilib, onlardan 4 kiloqram heroin aşkar edilib. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, Nəsimi rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Oqtay Nağızadə saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamanı 3 kiloqrama yaxın yüksək təsiredici narkotik vasitə hesab edilən heroin aşkar edilib. 

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə Sabirabad rayon sakini Rəşad Vəliyev narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən 1 kiloqram heroin aşkar edilib. 

Araşdırma nəticəsində müəyyən edilib ki, Oqtay Nağızadə və Rəşad Vəliyev şəxsiyyəti istintaqla araşdırılan “İsa” adlı İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradıblar.

Daha sonra onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satıb maddi gəlir qazanmaq niyyəti ilə əldə ediblər. 

Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Oqtay Nağızadə və Rəşad Vəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
Nəsimi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. 
 


İranlı narkotacirə işləyən daha 2 nəfər HƏBS EDİLDİ – FOTO/VİDEO   - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO