Yazıçı-dramaturq Firuz Mustafa bu yazıda sənətşünas İsrafil İsrafilovun “O bizi deyib gəlmişdi”¦”x9d sərlövhəli məqaləsinin cəmi iki abzasını təhlil edib.
Qəzetlərin birində İsrafil İsrafilovun Akademik Milli Dram Teatrında hazırlanmış “Ölülər”x9d tamaşası haqda gedən qeydləri az sonra saytlarda da yayınlanıb. Həmin yazının adı belədir: “O bizi deyib gəlmişdi”¦”x9d
Düzü, məqaləni bütövlükdə oxumamışam. Amma, ancaq, lakin və fəqət əvvəlinci ilə sonuncu abzasa nəzər salarkən belə başa düşdüm ki, hörmətli İsrafilov bu yazıda yeni tamaşanı tənqid edib.
Əlbəttə, hər hansı bir əsəri tənqid də etmək olar, tərif də...
Məni indiki halda həmin məqalədə deyilənlərin həqiqəti nə dərəcədə əks etdirib- etdirməmsi deyil, İsrafilovun məqaləsindən oxuduğum o iki abzasda nəyin necə, nə cür ifadə olunmasıdır.
Vaxt itirmədən faktlara üz tutaq. Birinci abzasda oxuyuruq: “Klassika nın ədəbi-bədii bətnində əbədi mənalar qərar tutduğu üçün o, zamanın fövqündə yaşamaq qüdrətinə malikdir. Bəlkə elə bu səbəbdəndir ki, klassikanın cazibəsinə dayanmaq çətindir, "ondakı tilsimləri”x9d (B.Vahabzadə) qırmaq avantürası sənət adamlarına rahatlıq vermir. Amma burası da var ki, öz zənginliyini təmkinlə qoruyan klassika özünə qarşı naşı kobudluğun hayıfın amansızlıqla çıxır. Bəli, klassika sənətkara öz sirlərini açmağa imkan versə də, diletantı rüsvay etməklə cəzalandırır”x9d.
Əvvəlcə cümlənin birinci hissəsinə fikir verək: “Klassikanın ədəbi-bədii bətnində əbədi mənalar qərar tutduğu üçün...”x9d Görünür, müəllif bilmir ki, “klassika”x9dnın “ədəbi-bədii bətnində”x9d heç də hər zaman “əbədi mənalar”x9d qərar tutmur və ya heç qərar tutmalı da deyil. Çünki klassika təkcə ədəbi və bədii mətnlərdən ibarət olmur axı. Musiqi və rənglərdən yaranan klassika da var, hələ üstəlik səslərdən və daşlardan yaranan klassika da. Müəllif deyə bilər ki, o, burada dramaturgiyanı və ya klassik dramaturgiyanı nəzərdə tutub. Ola bilər. Amma güman ki, o, bunu ürəyində tutubmuş. Çünki təqdim olunan cümlədən heç də belə bir fikir (ümumiyyərlə, hansısa bir fikir) hasil olmur.
İndi isə gəlin həmin cümləni bütövlükdə nəzərdən keçirək: “Klassikanın ədəbi-bədii bətnində əbədi mənalar qərar tutduğu üçün o, zamanın fövqündə yaşamaq qüdrətinə malikdir”x9d. Bu cümlədən hansı fikir hasil olur? Necə yəni, “o, zamanın fövqündə yaşamaq qüdrətinə malikdir”x9d. “O”x9d yəni kim, nə? Yəqin ki, müəllif burada da hansısa “klassikanı”x9d nəzərdə tutur. Bir də ki, klassika təkcə zamanın fövqündə yaşamır axı. Hələ bir cümlənin pafosuna fikir verin: “o, zamanın fövqündə yaşamaq qüdrətinə malikdir”x9d.
Həmin abzasdakı ikinci cümləyə nəzər salaq: “Bəlkə elə bu səbəbdəndir ki, klassikanın cazibəsinə dayanmaq çətindir, "ondakı tilsimləri”x9d (B.Vahabzadə) qırmaq avantürası sənət adamlarına rahatlıq vermir”x9d.
Görəsən, “klassikanın cazibəsinə dayanmaq”x9d nə deməkdir? Görəsən, böyük şairimiz Bəxtiyar Vahabzadənin dilindən təhrif olunmuş şəkildə verilən “ondakı tilsimləri”x9d qırmaq avantürası”x9d ifadəsinin dilimizdə açması nədir?
Klassika və avantüra... Belə yerdə dramaturgiyanın atası hesab olunan qoca Esxili ağlamaq... bağışlayın, gülmək tutar ya turmaz?
Hələ bu bir abzasda “klassika”x9d sözünün aşırı dərəcədə işlədilməsindən dolayı yaranan ədəbi-estetik-qrammatik “diskomfortu”x9d demirik.
Növbəti cümlədə oxuyuruq: “Amma burası da var ki, öz zənginliyini təmkinlə qoruyan klassika özünə qarşı naşı kobudluğun hayıfın amansızlıqla çıxır”x9d.
Tərkiblərə fikir verin bir: “öz zənginliyini təmkinlə qoruyan klassika”x9d, “özünə qarşı naşı kobudluğun”x9d... Görün, nə qədər orijinaldır: “naşı kobudluq”x9d. Və nəhayət, dilimizin inkişafına əsl töhfə ola biləcək ifadə: “hayıfın amansızlıqla çıxır”x9d ... “Hayıfın çıxır”x9d ha... Görəsən o “hayıfın”x9d deyilən nəsnə kimdən, nədən çıxılır”x9d? Bu yerdə adamın yadına istər-istəməz Fridrix Engelsin məlum-məşhur bir ifadəsi düşür: “Təbiət ona qarşı edilən qəsdin hayıfını insanlardan çıxır”x9d. Çox hörmətli İsrafilovun fikri Engelsi mat qoya bilər.
Buyurun, bu da birinci abzasın son cümləsi: “ Bəli, klassika sənətkara öz sirlərini açmağa imkan versə də, diletantı rüsvay etməklə cəzalandırır”x9d.
Necə yəni “klassika sənətkara öz sirlərini açmağa imkan versə də..”x9d? Bəlkə müəllif burada “sənətkar”x9d sözünün əvvəlində hansısa epiteti, istiarəni yazmağı unudub? Yəqin ki, bu elə-belə sənətkar ola bilməz, axı, o sirləri açmaqla məşğuldur. Bəd ayaqda həmin “sənətkarın”x9d yanına bir “dahi”x9d təyinini də artırmaq pis olmazdı. Eləcə də “diletantı rüsvay etməklə cəzalandırır”x9d nə deməkdir görəsən? Yəni diletantın şəxsi işinə yazılmaqla töhmət verilir, yoxsa o, işdən uzaqlaşdırılır? Hələ onu demirik ki, ta o yazıq diletantı “rüsvay edəndən”x9d sonra cəzalandırmağa nə ehtiyac qalır? Zira ikinci cəza birincinin yanında toya getməlidir.
Hə, lap əvvəldə demişdim axı: çox-çox hörmətli İsrafilovun yazısından cəmi-cümlətanı iki abzas oxumuşdum və amacım da həmin iki cümlədəki fikirlərin mənasını özümçün (və əgər mümkün olarsa, oxucular üçün) çözməkdən ibarətdir.
İndi keçirəm ikinci abzasa: “2015-2016-cı ilin teatr mövsümü ərzində hazırlanan heç bir ciddi səhnə kəşfi, rejissor ixtirası müşahidə edilməyən yeganə tamaşanın yaradıcılıq məqsədi cılız olduğu üçün sərçəyə top mərmisi atılması kimi anlaşılmazlığı ilə yadda qalır. Amma təəssüflər olsun, çünki bu gün nə Mirzə Cəlil, nə də Azərbaycan tamaşaçısı belə münasibətə layiq görülməməlidir.
Axı, o, bizi deyib gəlmişdi!..”x9d
Əvvəlcə abzasın birinci cümləsinə nəzər salaq: “2015-2016-cı ilin teatr mövsümü ərzində hazırlanan heç bir ciddi səhnə kəşfi, rejissor ixtirası müşahidə edilməyən yeganə tamaşanın yaradıcılıq məqsədi cılız olduğu üçün sərçəyə top mərmisi atılması kimi anlaşılmazlığı ilə yadda qalır”x9d.
Əslində bu cümlədəki ifadələrin, söz birləşmələrinin və tərkiblərin hər birini ayrılıqda təhlilə və tənqidə cəlb etsəydik, bu “şərh”x9d müəllifin bütöv yazısından çox yer ala bilərdi. Elə bu səbəbdən də təkcə həmin cümlənin özündən, lap “orijinaldan”x9d, ilk mənbədən iqtibaslar verməklə kifayətlənirik: “teatr mövsümü ərzində”x9d, “heç bir ciddi səhnə kəşfi, rejissor ixtirası müşahidə edilməyən”x9d, “yaradıcılıq məqsədi cılız olduğu üçün”x9d, “sərçəyə top mərmisi atılması kimi anlaşılmazlığı ilə yadda qalır”x9d. Bəh-bəh... “Niyə bəs böylə bərəldirsən, a qare gözünü?”x9d (M.Ə.Sabir). Sabirin yerinə kim olsaydı “qare”x9d əvəzinə”x9d bir “qara”x9d sözü də yazardı, rəngləri tündləşdirmək üçün. Amma məqsədimiz zatən tünd olanı bir az aydınlaşdırmaqdan ibarətdir.
Və nəhayət: “Amma təəssüflər olsun, çünki bu gün nə Mirzə Cəlil, nə də Azərbaycan tamaşaçısı belə münasibətə layiq görülməməlidir.
Axı, o, bizi deyib gəlmişdi!..”x9d
Yəqin müəllif bu cümlə vasitəsi ilə fikrini ya belə ifadə etmək istəyib: “Bu gün Mirzə Cəlilə və Azərbaycan tamaşaçısına belə münasibət təəssüf doğurur”x9d, ya da ki belə: “Bu gün nə Mirzə Cəlil, nə də Azərbaycan tamaşaçısı belə münasibətə layiq görülməlidir”x9d.
Amma əvəzində görün nə alınıb? : “Amma təəssüflər olsun”x9d cümləsində artıq fikir ala-yarımçıq da olsa bitib. Yəni bundan sonra ya “çünki”x9d bağlayıcısına ehtiyac duyulmur, ya da ki, qrammatik qanun yeni cümlənin başlanılmasını tələb edir. Bu, məsələnin bir tərəfi. Məsələnin digər tərəfisə ondan ibarətdir ki, cümlədə “nə”x9d inkar əvəzliyindən (gərək ki, dilçilikdə belə deyilir) istifadə olunursa, ikinci bir inkara ehtiyac qalmır. Yəni məlum ifadə “layiq görülməməlidir”x9d yox, “layiq görülməlidir”x9d olmalıdır.
Hələ bunu da qoyaq bir kənara. İsrafilov bu məntiqsiz, müxtəlif qrammatik səhvlərlə dolu mətni bu sözlərlə bitirib: “Axı, o, bizi deyib gəlmişdi!..”x9d
Kim? Kim bizi deyib gəlmişdi? Məqalə müəllifi müdrikcəsinə gülümsəyib deyə bilər ki, bəyəm bu cümlənin (daha doğrusu, “sizi deyib gəlmişəm”x9d ifadəsinin) kimə məxsus olduğu sizə məlum deyil?
O məşhur cümlənin müəllifi hamıya məlumdur. Amma görək İsrafilov ondan əvvəlki cümlədə nə deyir? Məcburuq həmin cümləyə bir də qayıdaq: “Amma təəssüflər olsun, çünki bu gün nə Mirzə Cəlil, nə də Azərbaycan tamaşaçısı belə münasibətə layiq görülməməlidir”x9d. Gördüyünüz kimi, bu cümlədə iki komponentə (və ya iki fenomenə) isnad olunur. Onlardan biri Mirzə Cəlil, digəri Azərbatcan tamaşaçısıdır. Bundan sonra “Axı, o, bizi deyib gəlmişdi!..”x9d cümləsini oxuyan sıravı oxucu düşünməli olur: görəsən, “bizi deyib gələn”x9d kim idi elə? Mirzə Cəlil, Azərbatcan tamaşaçısı, yoxsa...
Yoxsa “bizi deyib gələn”x9d elə İsrafilovun özü imiş?
Hə, indi yadıma düşdü ki, “Ölülər”x9d tamaşası haqqında yazan İsrafilovun özü bu son zamanlaracan Akademik Milli Dram Teatrın müdiri idi. Yəni, belə baxanda, o da kimisə deyib gəlmişdi.
Mən indi iki abzasını yüngülvari təhlilə cəlb etdiyim məqalədə, deyəsən, teatrın yeni tamaşası tənqid olunub. Mən məqalənin cəmi-cümlətanı iki cümləsini oxuduğum üçün o tənqidin nədən ibarət olması barədə heç bir fikir yürüdə bilmərəm. Yalnız onu deyə bilərəm ki, hər bir tamaşada qüsur ola bilər. Və yenə əlbəttə ki, hər tamaşa tənqid oluna bilər. Hətta, tamaşanın ortasında zalı tərk etmək də olar. Axı okean suyunun tamını bilmək üçün ondan bir-iki qurtum içmək kifayətdir. Elə zəif söz yığımından ibarət bir yazını da sonacan oxumağa ehtiyac qalmır. Bəzən bu və ya digər sicilləmənin kvintessensiyasını (mahiyyətini, cövhərini) duymaq üçün təkcə əvvəlinci və sonuncu abzası oxumaq yetərli olur.
Hə, onu deyirdim axı. İsrafilov bir müddət indi tamaşasını təhlil (olsun ki, tənqid) etdiyi teatrın müdiri olub. Həmin dövrdə orada çox solğun, ölgün, hətta demək olar ki, ölü bir mühit yaranmışdı.
Yaxşı ki, indi teatr “Ölülər”x9di dirildə bilib. Demək, hələ dirilər cərgəsinə qoşulmağa ümid var. Hər halda diriləri öldürməkdənsə, ölüləri diriltmək ideyası daha önəmli və ... hətta, bir az klassik təsir bağışlaya bilər.
P.S. Uşaqların “klas-klas”x9d oyununu yəqin ki, çoxunuz yaxşı xatırlayır. Zahirən bəsit, sadə görünən bu uşaq oyunu, bəzən klassika haqda yazılan pafos dolu cümlələrdən (əgər bunları cümlə kimi qəbul ediriksə) daha mənalı və düşündürücü təsir bağışlayır.
Firuz MUSTAFA






































































































