Qərbi Azərbaycan İcmasının yeni loqosu təqdim olundu - VİDEO

Qərbi Azərbaycan İcmasının yeni loqosu təqdim olundu - VİDEO

Hazırda oxunan: Qərbi Azərbaycan İcmasının yeni loqosu təqdim olundu - VİDEO
140221
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qərbi Azərbaycan İcmasının yeni loqosu təqdim olunub.

Bizim.Media xəbər verir ki, təqdimat mərasiminda icmanın rəhbər heyəti, üzvləri ilə yanaşı, millət vəkilləri, mədəni-ictimai şəxslər, media mənsubları iştirak edib.

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli tədbiri giriş sözü ilə açaraq icmamın bir illik fəaliyyəti barədə məlumat verib:

"Biz il ərzində fəaliyyətimizlə bərabər, loqo barəsində də müzakirələr etdik və loqonun qurumun məqsəd və məramını ifadə edən, aydın və sadə bir loqo ərsəyə gətirməyi qərara aldıq".

O, icmanın konsepsiyasının icrası barədə də fikirlərini bölüşüb: "Bütün bunlar hamısı Qərbi Azərbaycan Konsepsiyasının həyata keçirilməsini sürətləndirmək və prosesi bütün dünyada tanıtmaq məqsədi daşıyır. Biz cənab Prezidentin müəyyən etdiyi bəlli xətt üzrə fəaliyyətimizə davam edir və Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması istiqamətində maksimum sürətli işləyirik".

Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov Prezindent İlham Əliyevin ötən il icmaya səfəri məsələsinə diqqət çəkərək icmanın daha məsuliyyətli olmasına diqqət çəkib.


 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO