Oğuzda ağac yola aşdı: Nəqliyyatın hərəkəti dayandı - FOTO

Oğuzda ağac yola aşdı: Nəqliyyatın hərəkəti dayandı - FOTO

Hazırda oxunan: Oğuzda ağac yola aşdı: Nəqliyyatın hərəkəti dayandı - FOTO

139593

Ötən gün axşama doğru Oğuz rayon ərazisində güclü küləklə müşahidə olunan leysan yağıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, nəticədə bölgənin əsas magistrallarından biri olan  Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda hərəkət bir müddətlik dayanıb. Buna səbəb küləyin yola qovaq ağacını aşırması olub.

Hadisə gec saatlarında baş verməsinə baxmayaraq Oğuz rayon fövqəladə hallar komissiyası və müvafiq təşkilatlar hadisə yerinə cəlb edilib və yola düşən ağacın hissələri xüsusi texnikalar vasitəsilə kəsilib.

Magistralda hərəkət bərpa olunub. 



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO