Rəşad Məmmədov: “Haramçılığa yol verə bilməzdim”x9d

Rəşad Məmmədov: “Haramçılığa yol verə bilməzdim”x9d

Hazırda oxunan: Rəşad Məmmədov: “Haramçılığa yol verə bilməzdim”x9d

139371
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun və onunla birlikdə ittiham olunan iki nəfərin - İsfəndiyar İsfəndiyarovla Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə sərbəst ifadə verən Rəşad Məmmədov özünü təqsirli saymadığını bildirib. O, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəsi vəzifəsindəki fəaliyyəti barədə sualları cavablandırarkən bu qurumun işini təşkil etdiyini, əsasnaməsini və digər sənədlərini işləyib hazırladığını, orada işlərin əsasnaməyə uyğun aparıldığını bildirib. Yaxın qohumlarını işə götürməsi məsələsinə aydınlıq gətirən sabiq rəis idarənin yaradılmasının yeni və çox məsul iş olduğunu nəzərə alaraq, oraya yaxından tanıdığı, peşəkarlığına, bacarığına və etibarına inandığı mütəxəssisləri, həmçinin ərki keçən adamları  cəlb etdiyini vurğulayıb. Qeyd edib ki, həmin dövrdə “Eurovision”x9da və digər mühüm tədbirlərə hazırlıq görülüb. Rəşad Məmmədov deyib:  “İşlədiyim müddətdə üzərimə düşən öhdəlikləri yerinə yetirmişəm. Bizim işimiz dövlət bayrağının təbliği və meydan ətrafında abadlıq işlərinin həyata keçirilməsindən ibarət olub. İşçilərimlə bir ailə kimi olmuşam. Onlara bonus da, mükafat da vermişəm”x9d. 

Rəşad Məmmədov təqsirləndirildiyi məsələ ilə əlaqədar bildirib ki, dövlət qulluğuna təyinat alanadək 10 ilə yaxın bizneslə məşğul olub, kifayət qədər pul qazanıb. “Dövlətin puluna heç vaxt ehtiyacım olmayıb”x9d, ”“ deyən sabiq rəis  ikinci mərtəbəsi ailəsinə məxsus evin birinci mərtəbəsindəki obyektlərin alınması ilə əlaqədar 2013-cü ildə İsfəndiyar İsfəndiyarovu tanıdığını və bu məqsədlə ona 6 milyon manat verdiyini söyləyib. Həmin obyektlərin həyat yoldaşının adına sənədləşdirildiyini bildirən R.Məmmədov deyib: “Zərərçəkmiş Zabil Salmanovu İsfəndiyar İsfəndiyarovun vasitəsilə tanımışam. Onun əmlakını ailəm üçün almışam. Orda haramçılığa yol verə bilməzdim. Sonradan Zabil bizi məhkəməyə verdi və kompensasiya tələb etdi. Həmin kompensasiyanı ödəməyi də İsfəndiyar İsfəndiyarov boynuna götürdü”x9d.

Məhkəməyə sərbəst ifadəsində İ.İsfəndiyarov ev alqı-satqısı ilə məşğul olduğunu bildirərək, sözügedən obyektlərin  alınmasına vasitəçilik etməsi ilə bağlı belə deyib: “Mən obyektlərin qiymətləri ilə maraqlandım. Obyekt sahiblərinin hərəsi bir qiymət dedi. Sonra obyektin yiyəsi Zabil Salmanovun əlaqələndiricisi Rəhim Məmmədov gəldi, danışdıq 4 milyon 700 min manata obyekti razılaşdıq. Yerdə bir zirzəmi, bir də telefon dükanı qalırdı. Onları da qalan pulla aldıq. Mən əlaqələndirici olmuşam. Nə obyekt mənim olub, nə də pul. Razılaşma əsasında qohumum Arzu Məmmədova dedim ki, sənə inandığım üçün bir iş tapşıracam. O da gəldi obyekti onun adına rəsmləşdirdik. Zabil Salmanovun  çıxarışı yox idi. Əvvəlcədən 1 milyon manat pulu Zabitə verəndən sonra digər məbləği də banka keçirdik. Notariusda işçim Arzu Məmmədov və huquqşünas Ceyhun Cəfərov olub. Onun bu işdə heç bir günahı yoxdur”x9d.

...Məhkəmə prosesinə hakim Əlövsət Abbasov sədrlik edir, dövlət ittihamçısı Ramazan Hadıyevdir. Proses iyunun 7-də davam etdiriləcəkdir.(koordinat.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO