“Ərdoğan qalib gəldi, söz verdiyim kimi Cəlilabadda qurbanlarımı kəsəcəyəm” – Elman Nəsirov  

“Ərdoğan qalib gəldi, söz verdiyim kimi Cəlilabadda qurbanlarımı kəsəcəyəm” – Elman Nəsirov  

Hazırda oxunan: “Ərdoğan qalib gəldi, söz verdiyim kimi Cəlilabadda qurbanlarımı kəsəcəyəm” – Elman Nəsirov  

138547

“Türkiyənin prezident seçkilərində planetimizin söz sahibi olan Ərdoğanın qalib gəlməsi üçün qurban boyun olmuşdum. Tarixi zəfərimizlə bağlı qurban kəsməyin vaxtıdır”. 

Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun sözlərinə görə yaxın günlərdə Cəlilabada gedərək, Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsi münasibətilə əhd etdiyi qurbanı kəsəcək: 

“İstəyirəm ki, rayona gedib, seçicilərimin olduğu yerdə qurbanlarımı kəsim və ehtiyacı olan insanlara paylayım. Hələ ki şəhərdəyəm. Yaxın günlərdə Cəlilabada gedib, söz verdiyim kimi qurbanlarımı kəsəcəm”, - deyə millət vəkili əlavə edib.  
Xatırladaq ki, Türkiyədə keçirilən prezident seçkilərinin birinci turu zamanı millət vəkili Elman Nəsirov Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi üçün qurban demişdi.  

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO