Sədərək məntəqəsindəki SON DURUM - General sərhəddə - FOTO

Sədərək məntəqəsindəki SON DURUM - General sərhəddə - FOTO

Hazırda oxunan: Sədərək məntəqəsindəki SON DURUM - General sərhəddə - FOTO
137298
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Naxçıvan Baş Gömrük İdarəsində görülən işlərlə və mövcud vəziyyətlə tanış olub.

Bizim.Media xəbər verir ki, bu barədə DGK-nin məlumatında bildirilir. 

Məlumatda qeyd olunur ki, Ş.Bağırov Azərbaycan-Türkiyə sərhədində yerləşən Sədərək dövlət sərhədindən buraxılış məntəqəsində idxal və ixrac nəzarət xətlərində prosedurların icrasını, nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərini izləyib.
Bundan başqa, əməliyyatların daha da asanlaşdırılması, beynəlxalq tranzitin sürətləndirilməsi, gömrük işinin səmərəliliyinin artırılmasının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda, Sədərək dövlət sərhədindən buraxılış məntəqəsinin yaxınlığında inşa edilən yük nəqliyyat vasitələrinin müvəqqəti dayanacaq məntəqəsindəki tikinti işlərinin gedişi ilə də tanış olan Komitə sədri, müvafiq tapşırıq və tövsiyələrini verib.

Sədərək məntəqəsindəki SON DURUM - General sərhəddə - FOTO - foto 1
Sədərək məntəqəsindəki SON DURUM - General sərhəddə - FOTO - foto 2
Sədərək məntəqəsindəki SON DURUM - General sərhəddə - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO