“Bu dondurmaların hazırlanmasında köhnə yağlardan istifadə olunur” – Ekspertdən SOS

“Bu dondurmaların hazırlanmasında köhnə yağlardan istifadə olunur” – Ekspertdən SOS

Hazırda oxunan: “Bu dondurmaların hazırlanmasında köhnə yağlardan istifadə olunur” – Ekspertdən SOS
134510
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Dondurmanın istehsalında ancaq kərə yağından istifadə olunmalıdır. Lakin, bəzən texniki şərtlər daxilində bitki yağlarından da istifadə oluna bilər. Bu bitki yağları içərisində kakos yağı ən yaxşısıdır. Digər bitki yağlarının dondurmanın istehsalında istifadəsi ilə bağlı hansısa bir texniki şərt və ya standart yoxdur. 

Lakin, istehlakçılarımızın bizə verdiyi məlumatlardan aydın olur ki, bəzi işbazlar xüsusən də plombir istehsalı zamanı vaxtı keçmiş kərə və yaxud bitki yağından istifadə edilir. Belə dondurmaları qəbul edərkən boğazda və damaqda acılıq hiss edilir.  Bir də açıq dondurmaya daha az üstünlük verilsə yaxşıdır. Çünki, vaxtı keçmiş dondurmaları əsasən kiloqramla, açıq şəkildə satırlar”.

Bunu dondurma mövsümünün başlanması ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İB-nin sədri Əyyub Hüseynov deyib.

Onun sözlərinə görə, bəzi işbazların qışda istehsal edilən dondurmaları yayda satışa çıxarması ilə bağlı məlumatlar da var: 

“Dondurmaları -18 dərəcədə 10 ay saxlamaq olar. Lakin, dondurmanın istehsal tarixini saxtalaşdırmaq qətiyyən olmaz. Doğrudur, xaricdən gətirilən dondurmalara 12-16 ay yararlıq müddəti qoyulur. Belə dondurmaları biz arzuolunmaz dondurmalar hesab edirik. Xaricdən gətirilən dondurmalarda problemin biri də odur ki, onlar daşınan zaman yolda temperatur riskinə məruz qala bilirlər.

Belə dondurmaları alarkən bunu aydınlaşdırmaq olur. Temperatur riskinə məruz qalan dondurmalar əsasən öz ticari görünüşünü itirmiş olur.

Ona görə də istehlakçılar yerli dondurmalara üstünlük versələr, daha yaxşı olar. Bundan başqa, istehlakçılar yaxşı olardı ki, dondurma alan zaman onun üzərindəki məlumat yazısına xüsusi fikir versinlər. Şübhəli məqam olduqda isə “1003” qaynar xəttinə zəng etsinlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO