“Gözdən əlil şəxslər və övladları təhsil haqqından azad edilsin...”x9d -TƏKLİF

“Gözdən əlil şəxslər və övladları təhsil haqqından azad edilsin...”x9d -TƏKLİF

Hazırda oxunan: “Gözdən əlil şəxslər və övladları təhsil haqqından azad edilsin...”x9d -TƏKLİF

133282

Dəfələrlə olur ki, küçələrdə, parklarda, metro girişlərində hər hansı bir məşğuliyyətlə qazanc əldə edən gözdən əlil insanlarla rastlaşırıq. Kimisi kişi olmasına baxmayaraq toxuculuq edərək, kimisi də hansısa musiqi alətində ifa edərək, başqa birisi isə məlahətli səsiylə mahnılar oxuyaraq həm dolanışıqlarını təmin edir, həm də insanlara xidmət göstərir. 

Əvvəllər küçələrdə belə gözdən əlil insanlara demək olar ki, rast gəlməzdik. Çünki gözdən əlil olmalarına rəğmən onların işləri-gücləri, öz məşğuliyyətləri vardı. Sağlam insanlar kimi müəssisələrdə çalışırdılar, demək olar ki, bir çox sahələrdə onların əməyinə böyük ehtiyac var idi. Xüsusən də tibb sahəsində xeyli sayda gözdən əlil çalışırdı və saylarının azalmasına baxmayaraq elə indi də çalışırlar. Hətta əvvəllər Gözdən Əlillər Cəmiyyətinin nəzdində tibb texnikumu da fəaliyyət göstərirdi. Və həmin texnikumda peşəkar massaj ustaları yetişdirilirdi. Həmçinin gözdən əlillərin müxtəlif peşələrə yiyələnmələri üçün müxtəlif kurslar da yaradılmışdı. Həmin kurslarda bacarıqlı gözdən əlillər dərs alırdılar və hansısa sahə üzrə püxtələşmiş kadr kimi hazırlanırdılar. 
Bəs görəsən gözdən əlillərin indiki durumları necədir, hansı qayğılarla üzləşirlər, nə kimi problemlərlə qarşılaırlar? 

Moderator.az olaraq Əlillərin Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Eldar Şəmşiyevlə həmsöhbət olub ölkəmizdəki gözdən əlil insanların hazırkı durumlarını öyrənməyə çalışdıq. 

Təəssüflər olsun ki, E.Şəmşiyevin bizə dedikləri heç də ürəkaçan olmadı. O, bildirdi ki, hazırda gözdən əlil insanların dolanışıq səviyyəsi yaxşı səviyyədə deyil. Üzləşdikləri, qarşılaşdıqları bir sıra problemlər mövcuddur:
“Gözdən birinci qrup əlillərə hələ sovet vaxtında dövlət tərəfindən ən yüksək güzəştlər verilmişdi. Hətta Böyük Vətən Müharibəsi əlillərindən də yüksək güzəştlərə, imtiyazlara sahib idilər. Ancaq 1991-ci ildən başlayaraq 1997-ci ildə gözdən əlil insanların bütün güzəşt və imtiyazlar ləğv edildi. Dünyanın əksər ölkələrində gözdən birinci qrup əlil olan insanlar ən ağır kateqoriyalı əlillər hesab olunur. Ancaq ölkəmizdə bu ağır kateqoriyaya aid olunan gözdən əlillərin heç bir güzəşt və imtiyazları yoxdur. Əvvəllər gözdən əlillər cəmiyyətinin istehsal müəssisələri də var idi. 1994-cü ildən həmin müəssisələrin fəaliyyəti tamamilə dayanıb. Gözdən əlillərin əksəriyyəti ancaq dövlətin verdiyi təqaüd ilə dolanmaq məcburiyyətindədir. Cəmiyyətin müəssisələrinin bir hissəsi qalmışdı, son vaxtlar o müəssisələrin də axırına çıxa-çıxa gedirlər. 2002- ildən sonra o zamankı rəhbərlik cəmiyyətin bütün əmlakını dağıtdı. Sonuncu müəssisələr də indi sökülür, hansısa şirkət orada hündürmərtəbəli bina inşa edəcək.  Və qarşılığında da hardaa 60-70 gözdən əlil şəxsə mənzil veriləcək. 
Keçmiş sovet ölkələrində rabitə sahəsində gözdən əlil şəxslər çox işləyirlər. Elə mən özüm də gözdən əlil olmağıma baxmayaraq kompyuterdə sərbəst işləyirəm. Əvvəllər cəmiyyətimizin nəzdində masaj ixtisasını öyrədən texnikum var idi. Tələbələr 3 il 6 ay oxumaqla bu peşənin bütün incəliklərinə yiyələnirdilər. Cəmiyyətin istehsalat müəssisələri o zaman işlək vəziyyətdə idi və texnikum cəmiyyətin öz vəsaiti ilə maliyyələşirdi. Sonradan o texnikum ləğv olundu. Çox yazışmadan sonra 2014-cü ildə 2 saylı tibb texnikumunda masaj kursu açıldı. Əsasən gözdən əlil şəxsləri nəzərə alan qurupa hardasa 20-ə qədər tələbə qəbul olunur. 

Biz bu və ya digər sahələrdə də çalışa bilərik. Ancaq bizim respublikada gözdən əlil insanlara biganə münasibət var. O fikirdədirlər ki, gözü görməyən şəxs heç nədir, bir küncdə oturmalıdır”x9d. 

Müsahibimiz deyir ki, çətinliklərə baxmayaraq indi tək bir istəkləri var. Dövlətimiz ödənişli əsaslarla ali təhsil alan gözdən əlil şəxsləri və onların övladlarını təhsil haqqından azad etsin: 
“Gözdən əlil insanlar, eləcə də belə insanların övladları heç olmazsa ödənişli əsaslarla ali təhsil aldıqları zaman təhsil haqqından belə azad edilmirlər. Gözdən birinci qrup əlil olan uşaqlar iş stajı olmadığına görə 139 manat 0.70 qəpik məbləğində sosial pensiya alırlar. Bu sosial pensiyanın da bir illik məbləği 1676 manat 0.40 qəpik edir. Ölkəmizdə ödənişli əsaslarla ali təhsil haqqı 2 min manatdan başlayır. Müqayisə edəndə görürük ki, gözdən əlil uşağın heç bir halda bu məbləği ödəməyə imkanı çatmır. Gözdən birinci qrup əlil yaşlı insanların əksəriyyətinin ailəsi, uşağı var. Orta hesabla 250 manat həcmində isə pensiya alırlar. Həmin məbləğlə onlar ailə saxlasın, lazım olan ehtiyaclarını ödəsinlər, yoxsa ki, ödənişli əsaslarlra uşaq oxutdursunlar? 2014-cü ilin göstəricilərində əsasən ölkədə 8780 nəfər gözdən əlil insan var. Ancaq bunların cəmi 3-4 faizi əmək fəaliyyəti ilə məşğuldur. 8780 nəfər respublika əhalisinin heç 0.1 faizi də etmir. Buna baxmayaraq onların bütün güzəşt və imtiyazlarını ləğv ediblər. Dünyanın heç bir ölkəsində bu hal mövcud deyil. Biz istəyirik ki, ən azı ödənişli əsaslarla ali təhsil alan birinci qrup gözdən əlil insanları, həmçinin onların övladlarını təhsil haqqından azad etsinlər”x9d.

E.Şəmşiyev qeyd edir ki, bununla bağlı dəfələrlə aidiyyati qurumlara müraciətlər etsələr də heç bir nəticəsi olmayıb: “Bu məsələylə bağlı Nazirlər Kabinetinə müraciət etmişik. Milli məclisdə deputat Hadı Rəcəblinin qəbulunda olmuşuq. Təəssüf ki, Hadı Rəcəbli bizi bir qədər soyuq qarşıladı. Dedi ki, dövlət sizin pensiyalarınızı iki dəfə artırdı da. Biz də bildirdik ki, pensiyalarımızın iki dəfə artırılması elə də böyük məbləğ eləmir, cəmi 250 manat edir. 250 manatla gözdən əlil şəxs övladını necə oxutsun axı. Bundan başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət etmişik. Hələ ki, bu müraciətlərimizə heç bir nazirlikdən cavab verilməyib”x9d. 
Rumiyyə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO