Vətəndaşların ölümlə üz-üzə qaldığı küçə ilə bağlı RƏSMİ AÇIQLAMA 

Vətəndaşların ölümlə üz-üzə qaldığı küçə ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Vətəndaşların ölümlə üz-üzə qaldığı küçə ilə bağlı RƏSMİ AÇIQLAMA 
133199
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paytaxtın Binəqədi rayonu Xocasən qəsəbəsində Ruslan Allahverdiyev küçəsində yaşayan sakinlər ərazidə piyada keçidi olmadığından ölümlə üz-üzə qaldıqlarını bildiriblər. 

Bizim.Media xəbər verir ki, onların sözlərinə görə, əraziyə yaxın yerdə yerüstü piyada keçidi qoyulsa da, keçidə aparan piyada səkisi yoxdur. 

Oxu.Az mövzu ilə əlaqədar cavabdeh qurum olan Bakı Nəqliyyat Agentliyinə (BNA) sorğu ünvanlayıb. 

Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, 2022-ci ildə Bakı Nəqliyyat Agentliyi mütəxəssisləri tərəfindən Xocasən yoluna baxış keçirilib, “Xocasən” elektrik deposu və metrostansiyasının nəqliyyat ehtiyaclarının əlverişli şəkildə qarşılanması, ərazi üçün sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması və piyada əlçatanlığının artırılması məqsədilə layihə hazırlanıb: 

“Layihə rəsmi qaydada aidiyyatı üzrə təqdim edilərək razılaşdırılıb. Lakin icra prosesində layihədən kənara çıxmalar olduğundan mövcud problemlər həllini tapmayıb. Sonrakı mərhələdə həmin problemlərin aradan qaldırılması məqsədilə yenidən ərazidə təhlillər aparılıb. Yenidən layihə işlənərək 2023-cü ilin fevral ayında növbəti dəfə təqdim edilib”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO