Bina sakinləri bu komendantın əlindən “qan ağlayır” - VİDEO 

Bina sakinləri bu komendantın əlindən “qan ağlayır” - VİDEO 

Hazırda oxunan: Bina sakinləri bu komendantın əlindən “qan ağlayır” - VİDEO 

132969

Abşeron rayonunda yaşayış binasinin komendantı sakinləri xüsusi formada cəzalandırıb. 

Bizim.Media xəbər verir ki, bir neçə şəxsin borcuna görə, bütün bina sakinlərinin gündəlik istifadə etdiyti liftin fəaliyyəti dayandırılıb. Mənzillərə verilən içməli su isə kəsilib. 

Sakinlər iddia edir ki, Elmar Məmmədov adlı komendant borclu qalan, indi isə binada yaşamayan şəxslərdən komunal haqqını ala bilmədiyindən yeni üsula əl atıb.  
Hazırda sakinlər çarəsiz durumda qalıblar. 

“Binalara nəzarət edən komendant Elmar Məmmədovla əlaqə qurmaq cəhdləri alınmayıb”. Ərazi üzrə Mənzil İstismar Sahəsindən “XəzərXəbər”ə bildirildi ki, şikayət edən vətəndaşların hamısı həmin binada kirayədə qalanlardır. Onlar da bu vaxta qədər heç bir komunal haqqını ödəməyib. 

“Hazırda 69 saylı binanın Mənzil İstismar Sahəsinə 6900 manat borcu var” 

Borc ödənildiyi təqdirdə problemlər aradan qaldırılacaq. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialda: 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO