Baş redaktor:

Baş redaktor: "Bu Fərman jurnalistlərin problemlərlə üzləşməsinin qarşısını alacaq"

Hazırda oxunan: Baş redaktor: "Bu Fərman jurnalistlərin problemlərlə üzləşməsinin qarşısını alacaq"

132716

"Cənab Prezident İlham Əliyevin Medianın İnkişafı Agentliyinə (MEDİA) yeni səlahiyyətlər verməsi medianın peşəkar fəaliyyətinin stimullaşdırılması baxımından çox əhəmiyyətlidir". 

Bizim.Media “pravda.az”a istinadən xəbər verir ki, bu fikirləri  "Demokrat.az" xəbər portalının baş redaktoru Vasif Həsənli bildirib. 

Baş redaktorun sözlərinə görə, MEDİA agentliyi fəaliyyətə başayandan sonra jurnalistlərin peşəkar fəaliyyət imkanlarının genişləndiyi şübhəsizdir: 

"Yeni səlahiyyətlər də bu imkanların artırılması ilə nəticələnəcək. Bütün həmkarlarımız zaman-zaman peşə fəaliyyətini icra edərkən maneələrlə üzləşib. Bu təzyiqlər istər fiziki, istər hüquqi şəxslər tərəfindən edilib, nəticə etibarilə, daha peşəkar fəaliyyət göstərmək çətinləşib.

Səlahiyyətləri artırılan MEDİA agentliyi bu təzyiqlərin qarşısına sədd çəkəcək və jurnalistlərin problemlərlə üzləşməsinin qarşısını alacaq. 

Digər tərəfdən, MEDİA agentliyi dövlət qurumları ilə redaksiyalar arasında informasiya mübadiləsinin keyfiyyətini daha da yüksəldəcək və bu, həm ictimaiyyətin daha səlis informasiya ilə məlumatlandırılması, həm də jurnalist peşəsinin nüfuzunun artması baxımından mühüm məqam kimi qiymətləndirilə bilər. 

Bütün hallarda bu qərardan qazanan mediamız olacaq!". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO