“Biz yeni reallıq yaratdıq və hər kəs bununla barışmalıdır” - Prezident

“Biz yeni reallıq yaratdıq və hər kəs bununla barışmalıdır” - Prezident

Hazırda oxunan: “Biz yeni reallıq yaratdıq və hər kəs bununla barışmalıdır” - Prezident

13172

“Dondurulmuş münaqişə steriotiplərini Azərbaycan pozub. Yeni reallıqlar yaradıb”

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev azərbaycanlı jurnalistin sualına cavabında qeyd edib. 

Ölkə başçısı xatırladıb ki, MDB məkaında dondurulmuş konfliklər mövuddur. Lakin bu steriotipləri pozmaq üçün bir neçə amil gərəkdir. 

“Steriotiplərin qırılması üçün bir neçə amilin vəhdəti lazımdır. Liderin güclü siyasi iradəsi olmalıdır. 17 il ərzində mənə təzyiq cəhdləri hər zaman olub.”

Ölkə başçısı konfliktlə bağlı həmsədrlərin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 ölkədən üçünün  (ABŞ,Fransa,Rusiya) olduğunu söyləyib. Qeyd edib ki, bu ölkələrə yox demək, çox da asan məsələ deyildi. 

“ikincisi xalqın mövqeyindən çox şey asılıdır. Əgər xalq vəziyyətlə barışıbsa, deməli münaqişə uzun müddət həll olunmamış qalacaq. Amma bizim xalq işğalla heç vacxt barışmırdı.

Real vəziyyət isə göstərirdi ki, hərbi yol bizə baha başa gələ bilər. 

Üçüncüsü güclü ordu olmalı və sən haqlı olmalısan. Bizdə bütün ilkin amillər var idi. Biz haqlıydıq və bunu beynəlxalq arena da bilirdi. Bu torpaqları vaxtı ilə nə üçün itirdik? Çünki idarəetmə yox idi, ordu yox idi. 

Vahid ideya uğrunda o vaxt birləşə bilməmişik. Bir də ki, yeni nəsil formalaşmalı idi. Qarabağın azad olunmasında ən çox rol oynayanlar son 17 ildə yetişən övladlarımız idi. 

Əgər bu amillər yoxdursa, heç bir dondurulmuş mübnaqişənin həlli mümkün deyil. 

Yeni reallıq yaratdıq və hər kəs bununla barışmalıdır”, - deyə Prezident cavabını bitirdi.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO