Bakı-Ağstafa dəmir yolu xətti üzrə əlavə reyslərin sayı ARTIRILDI

Bakı-Ağstafa dəmir yolu xətti üzrə əlavə reyslərin sayı ARTIRILDI

Hazırda oxunan: Bakı-Ağstafa dəmir yolu xətti üzrə əlavə reyslərin sayı ARTIRILDI
131225
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Dəmir Yolları” QSC Ramazan bayramı ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə 21, 23 və 24 aprel tarixlərinə əlavə reyslər təyin edib.

Bu barədə Bizim.Media-ya ADY-dən bildirilib.

Belə ki, 21 aprel tarixində Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslə səhər saat 07:50-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar saat 12:45-də mənzil başına çatacaq.

Eyni zamanda 23-24 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə hər iki istiqamətə əlavə reyslər təyin edilib.

Belə ki, müvafiq tarixlərdə Bakıdan saat 08:25-də yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq. Əks istiqamətdə Ağstafadan saat 15:30-da Bakıya yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 20:25-də çatacaq.
Bakı-Ağstafa-Bakı marşrutu üzrə səfər edən sərnişinlərin bayram tətili günləri və bayramın sonunda hər iki istiqamətə rahat və vaxtında çatdırılmasında əlavə reysə ehtiyac yaranarsa, tələbat müvafiq qaydada təmin ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO