Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi - FOTO 

Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi - FOTO 

Hazırda oxunan: Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi - FOTO 
129535
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

 Dövlət Gömrük Komitəsinin (DGK) İnzibati İdarəetmənin Təşkili İdarəsinin rəisi vəzifəsini tərk edib. 

Bizim.Media “Qaynarinfo”ya istinadən xəbər verir ki, DGK sədri, general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə Nüsrət Qənbər oğlu Qurbanov vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.  

Onun vəzifəsi isə müavini Elçin Hüseynzadəyə həvalə edilib. 

Qeyd edək ki, polkovnik Nüsrət Qurbanov sabiq DGK sədri Səfər Mehdiyevlə yaxınlığı ilə tanınıb. 2001-ci ilədək Daxili Təhlükəsizlik İdarəsində inspektor, 2011-ci ilədək həmin idarədə şöbə rəisi, 2017-ci ilədək idarə rəisi vəzifələrində, 2018-ci ilin may ayınadək Komitənin
Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi rəisinin müavini vəzifəsində çalışıb. 

21 may 2018-ci ildə Komitənin İşlər İdarəsinin rəisi vəzifəsinə keçirilib. 

Xəbəri dəqiqləşdirmək üçün Dövlət Gömrük Komitəsinin Mətbuat Xidməti ilə əlaqə saxlanılıb.

“Bizdə belə bir məlumat yoxdur”, - deyə qurumdan bildirilib. 

Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi - FOTO  - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO