Bakıda sürət yarışına çıxan maşınlar 7 piyadanı vurdu   - Video

Bakıda sürət yarışına çıxan maşınlar 7 piyadanı vurdu - Video

Hazırda oxunan: Bakıda sürət yarışına çıxan maşınlar 7 piyadanı vurdu - Video

127483
Bakının Səbail rayonunda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Moderator.az-ın baku.ws-ə istinadən verdiyi məlumata görə, Səbail rayonun Xəqani küçəsində sürətlə hərəkətdə olan "BMW”x9d markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun kənarında hərəkətsiz dayanan 6 avtomobilə çırpılıb. Daha sonra həmin avtomobil yolun kənarındakı işıq dirəyinə dəyərək dayana bilib. Hadisə şahidlərinin dediyinə görə sürət yüksək olduğundan toqquşmadan sonra "BMW”x9d işıq dirəyinin yuxarı hissəsinə kimi qalxıb və bundan sonra dirək aşıb.

Gözlənilməz qəza yol kənarında olan 7 piyadanın xəsarət almasına səbəb olub. Həkimlərin verdiyi məlumata görə 7 nəfərdən 3-nün vəziyyəti orta ağırdır. Verilən məlumata görə, hadisəni törədən "BMW”x9d eyni markalı avtomobil ilə sürət yarışına çıxıb və qəza da bu zaman baş verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO