Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinindən "Kalaşnikov" avtomatı aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Füzuli Atakişiyev tutulub.
Ondan texniki cəhətdən işlək və atəşə tam yararlı "AK-74" markalı avtomat, həmin silaha məxsus sandıqça və 5,45 çaplı 10 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə F.Atakişiyev barəsində həbs qətimkan tədbiri seçilib.
![](http://ssl.bizim.media/file/articles/2023/03/23/1679546946_msg586791117-15569-2.jpg)
![](http://ssl.bizim.media/file/articles/2023/03/23/1679546954_msg586791117-15570-2.jpg)
![](http://ssl.bizim.media/file/articles/2023/03/23/1679547018_msg586791117-15571-2.jpg)
Bizim.Media