"Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!" Quran, 57:22xa0
Xəbər verildiyi kimi, 4 mart 2016-cı il tarixdə Türkiyənin İstanbul şəhərindəki “Atatürk”x9d hava limanından havaya qalxan “Türk Hava Yolları”x9d aviaşirkətinə aid 3 təyyarə ildırım vurması nəticəsində yerə enib.
Yerli vaxtla saat 19.10 və 19.20 (Bakı vaxtilə 21.10-21.20) arasında xa0Brüsselə uçan “Airbus 319”x9d, Salonikaya uçan xa0“Boeing 737-800”x9d və Skopyeyə uçan “Airbus 319”x9d tipli sərnişin təyyarələrini havaya qalxdıqdan bir müddət sonra ildırım vurub. Nəzarətçi ilə əlaqə yaradan hər 3 təyyarənin pilotu hava limanına geri qayıdıb. Sərnişinlərin isə başqa təyyarələrlə yolarına davam etdikkləri bildirilir.
Eyni gündə eyni ölkədə baş verən bu nadir və həyəcanlı hadisələr təsadüf ola bilərmi?
Bildiyimiz kimi, həyatda təsadüf yoxdur. Təyyarə qəzalarının monitorinqinə həsr etdiyim yazılarımda və kitablarımda göstərdiyim kimi, bu qəzalar təsadüfü olmayıb, biri-biri ilə riyazi şəkildə əlaqəlidir. Yəni, burada böyük bir qanunauyğunluq vardır. Bu qanunauyğunluq bir qayda olaraq, özünü 114 və 286 ədədləri ilə biruzə verir (bu ədədləri kitablarımda və məqalələrimdə geniş şərh etdiyimdən, burada qısaca olaraq qeyd edim ki, 114 Quranın surələrinin, 286 isə, səhifələrinin sayıdır). İstanbul hava limanında baş verən hadisələrdə də bu qanunauyğunluq özünü qabarıq büruzə verir.
Məsələn:
- Türkiyədə yuxarıda bəhs etdiyim qəzalar baş verən gün, 16 noyabr 2015-ci il tarixdə Tehran-Bakı marşurutu ilə uçmalı olan xa0“Airbus 319”x9d xa0təyyarəsinin xa0nasazlıq səbəbindən təxirə salınmasının 114-cü (!) günü idi.xa0
- Atatürk hava limanındakı qəzalar həmçinin, Berlin hava limanında (26.05.2015) baş verən xa0“Airbus 319”x9d (!) qəzasının 286-cı (!) günü idi.
Oxucuları yormadan son bir ayda baş verən təyyarə qəzalarındakı qanunauyğunluqları qısaca xatırlatmaq istəyirəm:
1) 28 fevral 2016-cı il xa0tarixdə İngiltərəyə məxsus "Airbus-320" (!) Fransada qəza enişi edəndə xa0Yaponiyada baş verən xa0(14 aprel 2015) xa0"Airbus-320" markalı təyyarə qəzasının xa0 320-ci (!) günü idi.
2) 18 fevral 2016-cı il tarixdə xa0ABŞ-ın Detroyt şəhərinin beynəlxaq hava limanında iki ədəd "Boeing-737" təyyarəsi uçuş zolağında toqquşanda Riqadan Brüsselə uçan "Boeinq 737" (!) təyyarəsinin xa0 qəzaya uğrayaramasının xa0(26 oktyabr 2015) xa0 114-cü (!) günü idi.
- ABŞ-da baş verən bu hadisə həmçinin, 10 fevral 2014 tarixdə Əlcəzairdə "C-130" sərnişin təyyarəsi qəzaya uğramasının, (119 nəfər həlak olmuşdu) 737-ci (!) günü idi.
3) Keçən il aprelin 24-də (ilin 114-cü günü) Türkiyədə xa0“Airbus 319”x9d və xa0 xa0 xa0“Airbus 320”x9d təyyarələri qəza enişi etdilər. Bu qəzaların 286-ı günü (2 fevral 2016) xa0Somalidə xa0“Airbus 321”x9d, Moskvada isə, xa0“Airbus 320”x9d (!) təyyarələri qəzaya uğradılar.
xa0"And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır". Quran, 19:94.
Bir daha qeyd etməyi vacib bilirəm ki, bu cür qəzaların baş verməsi Allahdan xəbərdarlıq olmaqla, yolun azmış Yer əhlinin diqqətini Qurana yönəltmək məqsədi daşıyır. Hesablamalarımız göstərir ki, bəşəriyyət bu xəbərdarlıqlara lazımi reaksiya verməzsə, daha böyük faciələrlə üzləşəcəkdir. O cümlədən Azərbaycanda da yaxın günlərdə gündəmi dəyişəcək hadisələr gözlənilir. Bu kimi hadisələrdən tövbə edib doğru yola dönməklə və insanlara yaxşılıqlar etməklə sığortalanmaq olar.
xa0"İnsanların öz əlləri ilə etdikləri günahlar üzündən quruda və suda fəsad (qəza) əmələ gələr ki, Allah bununla onlara etdiklərinin bir qismini daddırsın və bəlkə, onlar tövbə edib pis yoldan qayıtsınlar". Quran, 30:41
Qeyd: təyyarə qəzalarının monitorinqi ilə bağlı ətraflı xa0hesablamalarla müəllifin "Məhəbbət ili" və "Kəramətin sirləri" kitablarında tanış olmaq xa0olar.
(c) Allahın aciz qulu və carçısı: Paşa Yaqub







































































































