İranla sərhəddə ƏMƏLİYYAT - Saxlanılanlar var - FOTO/VİDEO

İranla sərhəddə ƏMƏLİYYAT - Saxlanılanlar var - FOTO/VİDEO

Hazırda oxunan: İranla sərhəddə ƏMƏLİYYAT - Saxlanılanlar var - FOTO/VİDEO
124250
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İrandan Azərbaycana 83 kq narkotik keçirməyə çalışan dəstə üzvləri saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

DİN və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvləri saxlanılıb.

Tədbir zamanı Şəki şəhər sakini əvvəllər məhkum olunmuş Famil Əliyev və həmyerlisi Elçin Məmmədov tutulublar. Onların əllərində olan bağlamaya baxış zamanı ümumilikdə 83 kiloqram, o cümlədən 69 kiloqram marixuana, 14 kiloqam tiryək və metamfetamin aşkar olunub.
Famil Əliyev narkotik maddələri satış məqsədi ilə “Yaşar” adlı İran vətəndaşı vasitəsi ilə Füzuli rayonu ərazisində əvvəlcədən gizlədilən yerdən götürdüklərini bildirib.

Bununla da İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən kanallardan daha birinə güclü zərbə endirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər 2 şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.
 


İranla sərhəddə ƏMƏLİYYAT - Saxlanılanlar var - FOTO/VİDEO - foto 1
İranla sərhəddə ƏMƏLİYYAT - Saxlanılanlar var - FOTO/VİDEO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO