Sirkdə heyvanların anidən aqressivləşməsinin səbəbi MƏLUM OLDU 

Sirkdə heyvanların anidən aqressivləşməsinin səbəbi MƏLUM OLDU 

Hazırda oxunan: Sirkdə heyvanların anidən aqressivləşməsinin səbəbi MƏLUM OLDU 
123844
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi bu gün Bakı Dövlət Sirkində qorxulu anlar yaşanıb. Belə ki, proqram zamanı şir və pələnglər aqressivlik nümayiş etdiriblər.

Bizim.Media Qafqazinfo-ya istinadən Bununla bağlı Bakı Dövlət Sirkinin mətbuat katibi Gülşanə Mustafayeva  bildirib ki, hadisə tamaşaçının təhlükəsizlik qaydalarını pozmasına görə olub.

Onun sözlərinə görə, tamaşa zalında bir neçə tamaşaçı lazeri heyvanın üzərinə salıb:

"Təlim görən heyvanlar olduğu üçün hansısa artıq hərəkət, reaksiya onları narahat edir. Belə hal da həmin pələnglərin aqressivləşməsinə səbəb olub. Tamaşaçı təhlükəsizlik tədbirlərini pozub.
Hətta təlimçi də qeyd edir ki, 20 ildir ki, onun göstərdiyi proqramlarda belə hadisə yaşanmayıb. Tamaşaçı lazeri dəfələrlə heyvanların üzərinə salıb. Buna görə sizin vasitənizlə demək istəyirik ki, tamaşaçılar salonda qeyd olunan təhlükəsizlik tədbirlərinə əməl etsinlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO