Sabir Rüstəmxanlı: “Xocalıda keçirilən görüşü alqışlayırıq və davamını istəyirik”

Sabir Rüstəmxanlı: “Xocalıda keçirilən görüşü alqışlayırıq və davamını istəyirik”

Hazırda oxunan: Sabir Rüstəmxanlı: “Xocalıda keçirilən görüşü alqışlayırıq və davamını istəyirik”

123203

Xəbər verdiyimiz kimi Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində, Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Görüş ölkəmizdə geniş rezonans doğurub. Hər kəs belə görüşlərin və təmasların vacibliyindən danışır. 

Məsələ ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət vəkili Sabir Rüstəmxanı Bizim.Media-ya öz münasibətini bildirib:

“Azərbaycanın mövqeyi konkretdir bu məsələdə. Sərhədlər müəyyənləşdirilsin, sonuncu erməni silahlısına qədər bütün təxribatçılar torpaqlarımızdan çıxarılsın. Sadə ermənilər də Azərbaycan vətəndaşlığını qəbul edərək, Azərbaycan qanunları ilə həyatlarını yaşasınlar.

Ölkəmizin digər bölgələrində yaşayan xalqlar kimi onlar da konstitusyon hüquqlardan istifadə etsinlər.

Azərbaycan bayrağı altında birləşsinlər. Təbii ki, Qarabağdakı ermənilər bunu etsələr Azərbaycan dövləti də onların sosial, əmək və digər hüquqlarını tanıyacaq, dinc şəraitdə yaşayıb gedəcəyik. Ona görə də bu gün Xocalıda baş tutan görüşü biz alqışlayırıq. İnanmaq istərdik ki, bu görüşlərin davamı olacaq. Qarabağdakı ermənilər bir həqiqəti başa düşməlidirlər ki, nə Ermənistan, nə də ki, xarici qüvvələr onlar üçün yaxşı heç nə etməyəcək. Nə edəcəksə, bunu Azərbaycan dövləti edəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO