Ordumuzun döyüş hazırlığı YOXLANILDI 

Ordumuzun döyüş hazırlığı YOXLANILDI 

Hazırda oxunan: Ordumuzun döyüş hazırlığı YOXLANILDI 
118918
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə əlaqədar praktiki məşğələlər keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, plana uyğun olaraq bölmələrin “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk etməsi məşq etdirilib.

Müasir döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən məşqlərdə Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunlarının bölmələri qarşılıqlı əlaqədə müxtəlif tapşırıqları yerinə yetiriblər.
Məşğələlərdə əsas diqqət mümkün təhdidlərin qarşısını dərhal almaq məqsədilə qoşunların döyüşə hazırolma qabiliyyətinin daha da inkişaf etdirilməsi, eləcə də bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsini təmin etməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO