Şaxtalı hava ağaclardakı ziyanvericiləri məhv edib

Şaxtalı hava ağaclardakı ziyanvericiləri məhv edib

Hazırda oxunan: Şaxtalı hava ağaclardakı ziyanvericiləri məhv edib
114375
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son günlər ölkədə müşahidə olunan şaxtalı və qarlı hava şəraiti meşə əkinlərinə və ümumilikdə yaşıllıqlara müsbət təsir göstərib.

Mənfi temperatur ağac gövdələrində, meşəaltı örtük altında qışlayan ziyanverici həşəratların yumurta, sürfə və yetkin fərdlərini məhv edib, xəstəliktörədici göbələklərin inkişaf və artımını aşağı salıb.

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib.

O, qeyd edib ki, havaların quraq keçdiyi dövrlərdə bəzi rayonlarda gəmiricilərin və zərərverici həşəratların say dinamikasının artdığı müşahidə olunurdu, xüsusən də zəifləmiş şam ağacları zərərverici həşəratlara və qabıqyeyən böcəklərə qarşı davam gətirə bilmirdi.
“Son günlər yağıntıların bol olması torpaqda rütubətliliyi artırıb, şaxtalı hava ziyanvericiləri məhv edib, nəticədə ağaclar öz bioloji prosesslərini normal davam etdirə bilir”, - deyə Vahid Fərzəliyev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO