Azərbaycanda alimlər üçün gənclik yaş həddi 35-40 ola bilər

Azərbaycanda alimlər üçün gənclik yaş həddi 35-40 ola bilər

Hazırda oxunan: Azərbaycanda alimlər üçün gənclik yaş həddi 35-40 ola bilər

114342
Azərbaycanda “Gənclər siyasəti haqqında”x9d qanuna əlavə və dəyişikliklərin edilməsi üçün hazırlanan paketdə alimlər üçün gənclik yaşının ən azı 35, ən çoxu 40 kimi qəbul edilməsi təklif edilir. Bunu Trend-ə gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Nazir müavinin sözlərinə görə, bu yaş keçirilən çoxsaylı müzakirələr nəticəsində müəyyənləşib: “Gənclik yaşı 40-dan yuxarı ola bilməz. Gənclik yaş senzinin 35-dən aşağı olması da işimizə bir o qədər də müsbət təsir etməz. Hesab edirik ki, 35 normal yaşdır. Buna görə də ən azı, 35 yaşın olmasını təklif edirik”x9d.

İ.Babayev qeyd edib ki, yeni layihədə gənclərin elm sahəsinə cəlb edilməsi üçün stimullaşdırılma ilə də bağlı bəndlərin öz əksini tapacağı gözlənilir.

İ.Babayev əlavə edib ki, “Gənclər siyasəti haqqında”x9d ilk qanun 2002-ci ildə qəbul olunan zaman sırf çərçivə, əsas istiqamətləri müəyyən edən qanun idi. 2007-ci ildə artıq qanuna düzəlişlər olunarkən bir sıra bəndlərdə daha da dəqiqləşdimələr həyata keçirilib.

Nazir müavini hesab edir ki, aparılan təhlillərin nəticələrinə əsasən, artıq “Gənclik siyasəti haqqında”x9d qanun çox təkmil sayılır: “Bu gün “Gənclər siyasəti”x9d haqqında qanunda “gənc ailə”x9d, “gənclər təşkilatları”x9d, “gənc vətəndaş”x9d anlayışları göstərilsə də, “gənc alim”x9d bir anlayış kimi qeyd edilməyib. Buna görə də “gənc alim”x9d anlayışının da qanuna daxil edilməsi zərurəti var”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO