İsmayıllıda itkin düşən bir uşaq anası Bakıda tapıldı - FOTO

İsmayıllıda itkin düşən bir uşaq anası Bakıda tapıldı - FOTO

Hazırda oxunan: İsmayıllıda itkin düşən bir uşaq anası Bakıda tapıldı - FOTO

113817

İsmayıllı rayonunda itkin düşən qadın tapılıb.

Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib. 

İsmayıllı rayon sakini, 2002-ci il təvəllüdlü Ayişə Məmmədova ötən il dekabrın 26-da Ruşan kəndində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Onun itkin düşməsi barədə İsmayıllı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində Ayişə Məmmədova Bakı şəhərində tapılıb. Ailəli və bir uşaq anası olan Ayişə Məmmədova könüllü olaraq Bakı şəhərinə gəldiyini, geri qayıtmaq istəmədiyini və hazırda şokolad sexində işlədiyini bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov itkin düşən qadının tapılması ilə bağlı məlumatı təsdiqləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO