Bülbülə gölünün ətrafında bulvar salınacaq

Bülbülə gölünün ətrafında bulvar salınacaq

Hazırda oxunan: Bülbülə gölünün ətrafında bulvar salınacaq

111937

Paytaxt Bakıda Bülbülə gölünün ətrafında bulvar salınması üçün abadlıq işləri aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə trend.az-a Bakı Abadlıq Xidmətindən bildiriblər.

Qeyd olunub ki, Bülbülə gölünün ətrafında yaşıl istirahət zonasının salınması nəzərdə tutulub. İlk növbədə, göl çirkab sulardan təmizlənir.

"Suyun təmizlənməsi üçün "Azərsu" ASC ilə birlikdə işlər aparılacaq. Birinci mərhələdə göl təmizləndikdən sonra ətrafında gəzinti, velosiped, skuterlər üçün yol salınması planlaşdırılır. İkinci mərhələdə isə yaşıllıq zonasının salınması nəzərdə tutulub", - qurumdan qeyd edilib.
Qeyd edək ki, Abşeron yarımadasının mərkəzində, Suraxanı rayonunun Bülbülə qəsəbəsində yerləşir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO