Vətəndaşlar Şeyxin idarəsindən xəbərsizdir:

Vətəndaşlar Şeyxin idarəsindən xəbərsizdir: "QMİ ləğv edilsinmi?"

Hazırda oxunan: Vətəndaşlar Şeyxin idarəsindən xəbərsizdir: "QMİ ləğv edilsinmi?"

111249
“Qafqaz Müsəlmanları İdarəsi ləğv olunmalıdır”x9d-fikrini bir müddət öncə ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”x9da açıqlamasında bildirmişdi.xa0

Partiya sədri qeyd etmişdi ki, Azərbaycanda dinlə bağlı ortaya çıxan problemlərin günahkarı Qafqaz Müsəlmanları İdarəsidir və bu qurum İdarəsi dinlə bağlı ölkədə normal iş apara bilmir. Müxalifət liderinin sözlərinə görə, Sovet dövründə xa0Qafqaz Müsəlmanları İdarəsi Rusiyanın bir idarəsi idi və əslində İslamda belə bir idarə üsulu yoxdur: “ Ateizmi təbliğ etmiş bir dövlətin yaratdığı idarə nəyə lazımdır indi?! Qafqaz Müsəlmanları adlı idarə şəriətə, İslama uyğun olmayan bir qurumdur”x9d.xa0

Sərdar Cəlaloğlunun fikirlərinə münasibət bildirən bir çox ictimaiyyət nümayəndəsi isə birmənalı olaraq QMİ-nin ləğvini düzgün hesab xa0etmədiklərini bildiriblər.

Bəs, görəsən sadə insanlar necə Şeyx Allahşükür Paşazadənin rəhbərlik etdiyi idarəsinin fəaliyyətindən razıdırlarmı? Bu qurumun ləğv edilməsi haqqında təklifi necə qarşılayırlar? Bu suallara vətəndaşların rəyini öyrənmək üçün musavat.com şəhər sakinləri arasında sorğu keçirib.

Sorğu iştirakçılarının cavablarından məlum oldu ki, hətta bu qurumun mövcudluğundan, fəaliyyətindən xəbərsiz olan insanlar da var.xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO