Xəbər verdiyimiz kimi, dekabrın 8-də Biləsuvarın Xırmandalı kəndində qətl hadisəsi baş verib.
Bizim.Media-nın cənub bürosu xəbər verir ki, kənd sakini, 1985-ci il təvəllüdlü Kazımov Cavad Eynulla oğlu həmkəndlisi 1982-ci il təvəllüdlü Qarayev Mehtun Ramiz oğluna yaşadığı evinin yaxınlığında qətlə yetirib.
MÖVZU İLƏ BAĞLI:
Biləsuvarda baş verən qətlin TƏFƏRRÜATLARI
Hadisənin tərəflər arasında şəxsi ədavət səbəbinən baş verdiyi bildirilir.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cavid Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Hazırda hadisə ilə bağlı istintaq davam edir.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu