Goranboyda ƏMƏLİYYAT – Fermadan qumbara və bomba tapıldı - FOTO

Goranboyda ƏMƏLİYYAT – Fermadan qumbara və bomba tapıldı - FOTO

Hazırda oxunan: Goranboyda ƏMƏLİYYAT – Fermadan qumbara və bomba tapıldı - FOTO
107235
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Goranboyda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Gornaboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Borsunlu kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Nəsirov saxlanılıb.

Onun üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 540 qram narkotik maddə olan heroin və 520 qram tiryək olmaqla ümumilikdə 1 kq 60 qram narkotik vasitə aşkar edilərək götürülüb.

Qeyd edək ki, RPŞ əməkdaşlarının bundan əvvəl keçirdikləri silsilə tədbirlər nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Elşən Abdullayev və Qənbər Abbasov saxlanılıb.

Onlara məxsus fermadan külli miqdarda narkotik, 198 ədəd avtomat patronu, 2 ədəd “F1”əl qumbarası, 5 ədəd tüstü bombası və 1 ədəd avtomataq sandıqcası aşkar edilərək götürülüb. 
Bununla da şöbə əməkdaşlarının son günlər narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 13 fakt üzrə ümumilikdə 2 kq 887 qram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Məqsəd Rəhimov, Bizim Media, Qərb bürosu

Goranboyda ƏMƏLİYYAT – Fermadan qumbara və bomba tapıldı - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO