Qəbələdə yeni su anbarı tikiləcək - FOTO

Qəbələdə yeni su anbarı tikiləcək - FOTO

Hazırda oxunan: Qəbələdə yeni su anbarı tikiləcək - FOTO

103542

Ölkəmizdə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq çayların hövzəsində bir neçə su anbarlarının yaradılması nəzərdə tutulur.

Bizm.Media-nın Şimal-Qərb bürosu bildirir ki, belə su anbarlarından birinin Qəbələ rayonu ərazisində Vəndam çayının hövzəsində tikilməsi planlaşdırılır. Mütəxəssislərin sözlərinə görə, Qəbələ rayonunda bütün çaylar başlanğıcını dağlardan götürdüyü üçün suyun miqdarı dağlara yağan qardan asılı olur.

İsti keçən yay mövsümündə, təxminən bir ay müddətində rayonunun çaylarında su azlığı müşahidə olunur.

Bu da suvarmanın istənilən səviyyədə aparılmasına imkan vermir. Ümumiyyətlə, Yengicə su anbarı tikildikdən sonra rayonda ilboyu torpaqların su ilə təminatında heç bir problem yaşanmayacaq.
Bu günlərdə Qəbələdə Türkiyənin “Sur Yapı" MMC şirkəti ilə Meliorasiya və Su Təsərrüfatı ASC arasında  su anbarının tikintisi ilə bağlı protokol imzalanıb.

Layihəyə əsasən yeni yaradılacaq anbarın ümumi su tutumu 17,5 milyon kub, istifadə olunan həcmi isə 12,5 milyon kub nəzərdə tutulub. Su anbarı tikildikdən sonra Qəbələnin aran hissəsində 10 min hektar sahənin suvarılması tam təmin olunacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, ildə 2-3 dəfə əkin aparmağa imkan verəcək.

Qeyd edək ki, hazırda Qəbələnin suvarma şəbəkəsi 16 min hektara yaxın bir ərazini əhatə edir.

Bu anbarın tikintisi ilə əlaqədar təxminən 4 min hektara yaxın əlavə sahə suvarılan şəbəkəyə daxil olacaq.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO