Bakıda evakuator qəza törətdi - Avtomobil piyadanın üzərinə aşdı - FOTO/VİDEO

Bakıda evakuator qəza törətdi - Avtomobil piyadanın üzərinə aşdı - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda evakuator qəza törətdi - Avtomobil piyadanın üzərinə aşdı - FOTO/VİDEO

102784

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfərin ayağı sınıb. 

Bizim.Media xəbər verir ki, hadisə Şamil Kamilov və Sakit Qocayev küçələrinin kəsişməsində qeydə alınıb. 

Evakuatoru idarə edən sürücü sükana nəzarəti itirib. Bu zaman evakuatorun üzərində olan yük avtomobili piyadanın üzərinə aşıb. Nəticədə piyada ağır xəsarət alıb. Bundan başqa, idarəetmədən çıxan evakuator kəsişmədə olan “Opel” markalı maşına, daha sonra “Toyota” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində “Opel”in sürücüsü də xəsarət alıb. 

Apa.az-ın məlumatına görə, hadisə Sakit Qocayev küçəsində sıxlığa səbəb olub. Yol polisinin əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyiblər. 

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO