Zakir Həsənov Rusiyanın hərbi attaşesi ilə görüşdü

Zakir Həsənov Rusiyanın hərbi attaşesi ilə görüşdü

Hazırda oxunan: Zakir Həsənov Rusiyanın hərbi attaşesi ilə görüşdü

102054
Oktyabrın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə fəaliyyət müddəti başa çatan Rusiya Federasiyasının Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik Vladimir Çernenko ilə görüşüb.

Moderator.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, xa0görüşdə ölkələrimiz arasında hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin region üçün vacibliyi, ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. xa0 Bundan əlavə, görüşdə Rusiya istehsalı olan müasir, yüksək dəqiqlikli döyüş texnikası, silah və digər hərbi təyinatlı vasitələrin ordumuzun silahlanmasına daxil edilməsi, bu sahədə fəaliyyətlərin hər iki dövlətin qarşılıqlı anlaşma və razılığı əsasında daha da genişləndirilməsi və davamlılığı məsələləri müzakirə olunub. xa0 Görüşdə iki ölkənin Silahlı Qüvvələrinin birgə hərbi təlimlərinin keçirilməsi, qarşılıqlı səfərlərin, işçi görüşlərinin təşkili, ekspertlər səviyyəsində təcrübə mübadiləsi, Rusiyanın hərbi məktəblərində kursant və mütəxəssislərin hazırlanması məsələlərinə də diqqət yetirilib. xa0 Müdafiə naziri Azərbaycanda fəaliyyət müddətində ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəmədiyinə görə hərbi attaşeyə təşəkkürünü bildirib və işlərində uğurlar arzulayıb. xa0 Səmimi qəbula görə minnətdarlığını bildirən hərbi attaşe ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin, xalqının və Silahlı Qüvvələrinin daim səmimi dostu olaraq qalacağını vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO