“Güclü rəqiblə mübarizəni sonadək aparmağa lüzum görmürəm”x9d -Azay Quliyevin rəqibi

“Güclü rəqiblə mübarizəni sonadək aparmağa lüzum görmürəm”x9d -Azay Quliyevin rəqibi

Hazırda oxunan: “Güclü rəqiblə mübarizəni sonadək aparmağa lüzum görmürəm”x9d -Azay Quliyevin rəqibi

101247
Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa daha bir namizəd ”“ Babək Abdullayev öz rəqibi Azay Quliyevin xeyrinə namizədliyini geri götürüb.
 
Moderator.az xəbər verir ki, bu barədə B.Abdullayev bəyanatla çıxış edib.
 
“Seçki kampaniyası kifayət qədər vaxt, enerji və potensial tələb etdiyindən güclü rəqiblə mübarizəni sonadək aparmağa lüzum görmürəm. Ona görə də namizədliyimi Azay Quliyevin xeyrinə geri götürür və ona gələcək deputatlıq fəaliyyətində uğurlar arzulayıram”x9d, - bəyanatda bildirilib.
 
Sonda B.Abdullayev seçiciləri və təəssübkeşlərini A.Quliyevə səs verməyə çağırıb və özünün də ona səs verəcəyini qeyd edib.
 
Xatırladaq ki, sözügedən dairədən namizədliyi irəli sürülmüş fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov da bir gün əvvəl namizədliyini A.Quliyevin xeyrinə geri götürməsi barədə bəyanat yayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO