İcra Hakimiyyəti:

İcra Hakimiyyəti: "Sənədləri qaydasında olan tikililər sökülməyəcək"

Hazırda oxunan: İcra Hakimiyyəti: "Sənədləri qaydasında olan tikililər sökülməyəcək"

101089
Səbail rayonunda qanunsuz tikililərlə bağlı aparılan reydlər yalnız sənədi olmayan evlərlə bağlıdır.
 
Bunu trend-ə açıqlamasında Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov deyib.
 
Badamdar qəsəbəsinin yeni yaşayış massviləri və ona bitişik olan "Dostluq parkı" ərazisində müxtəlif şəxslər tərəfindən zəbt olunaraq hasarlanan tikililərin artıq söküldüyünü deyən şöbə müdiri qeyd edib ki, reydlər davam etdiriləcək: “Rayondakı qanunsuz tikililərlə bağlı araşdırma aparmaq üçün qrup yaradılıb. İcra hakimiyyətinin nümayəndələri qrupun tərkibində sözügedən ərazidə araşdırmalar aparır. "Dostluq parkı" ərazisində qanunsuz inşaat işləri aparılıb. 40-dan çox qeyri-qanuni fakt aşkarlanıb”x9d.
 
Şöbə müdiri aparılan reydlərin və sökülmənin sənədi olan tikililərə aid olmadığını vurğulayıb: "Sənədləri qaydasında olan tikililərin sahiblərinin reydlərlə bağlı narahatlığına əsas yoxdur. Həmin ərazidə tikinti aparan şəxslərin evin tikintisinin aparıldığı torpağa aid dövlət qeydiyyatı sənədi varsa, bu işlər dayandırılmayacaq".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO