Erməni cinayətlərinin ifşasında dövlət-xalq birliyi

Erməni cinayətlərinin ifşasında dövlət-xalq birliyi

Hazırda oxunan: Erməni cinayətlərinin ifşasında dövlət-xalq birliyi

604149

Ermənilərin son iki əsrdə xalqımızın başına gətirdiyi müsibətlərin, işlətdikləri qorxunc cinayətlərin ifşası artıq uzun illərdir ki, Azərbaycanda dövlət və ictimai maraqların tərkib hissəsinə çevrilib. Xalqımızın qanına susayan, ona qarşı silsilə soyqırımları, bir-birindən qorxunc qətliyamlar həyata keçirən erməni vandalizminin ifşası tarixi zərurətdən irəli gəlməkdədir. Əslində bu məsələdə dövlət-xalq birliyinin formalaşması, dövlət qurumları ilə yanaşı, ictimai təşkilatların, ayrı-ayrı fərdlərin də bu məsələdə birlik sərgiləməsinin özü də təbii proses olmuş, ümummilli maraqlardan irəli gəlmişdir. Ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərin miqyası, davamlılığı və amansızlığı xalqımızın və dövlətimizin bu mübarizədə birliyini təmin edən əsas amil olmuşdur. Hansı ki, bu amil bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır.

 

Xocalı soyqırımı: Beynəlxalq qanunlara və insan haqlarına tutulan divan!

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşizminin 366-cı motoatıvı alayın iştirakı ilə həyata keçirdiyi Xocalı soyqırımı yalnız Azərbaycan tarixində deyil, bütün insanlıq tarixində gerçəkləşən ən dəhşətli soyqırım hesab edilir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla, 613 Xocalı sakini xüsusi amansızlıqla qətlə yetirilmiş, şəhid edilənlərin meyitləri də təhqir edilmişdir. Lakin Ermənistan beynəlxalq qanunlara və insan haqlarına tutduğu bu divanı uzun müddət dünya ictimaiyyətindən gizlətməyə çalışmış, Xocalı soyqırımı ilə bağlı üzə çıxan faktlarla əlaqədar bir-birindən həyasız iddialar, yalan və böhtanlar səsləndirmişdi. Yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ermənilərin törətdiyi bütün cinayətlər kimi Xocalı soyqırımının ifşası istiqamətində sistemli addımların atılmasına başlanmış, sonrakı dönəmdə bu bu istiqamətdə görülən işlər daha da genişlənmiş, koordinasiyalı şəkildə həyata keçirilmişdir. Bu gün Xocalı soyqırımı dünyanın 16 dövləti tərəfindən tanınmaqdadır. Ölkəmizdə bu soyqırımla bağlı bədii-sənədli filmlər çəkilmiş, əsərlər yazılmış, təbliğati müstəvidə mühüm addımlar atılmışdır.

 

Bu gün həm dövlət qurumları, həm də ictimai təşkilatlar Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması, ermənilərin törətdiyi bu soyqırımına görə beynəlxalq məhkəmələr vasitəsilə məsuliyyətə cəlb edilməsi istiqamətində sistemli fəaliyyət ortaya qoymaqdadır.

 

Şübhəsiz, Azərbaycan xalqının ortaya qoyduğu bu əzm və mübarizə ruhu gec-tez öz nəticəsini verəcək və erməni qatilləri Xocalıda törətdikləri cinayətə görə qanun qarşısında cavab verəcəklər.

 

Ermənilərin Bağanis-Ayrım və Kərkicahan cinayətləri...

 

Ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlər yalnız Xocalı faciəsi ilə məhdudlaşmır. Ermənilərin xalqımızın qarşı törətdiyi çoxsaylı cinayətlərdən biri Bağanis-Ayrım qırğınıdır. 1990-cı il martın 24-də ermənilərin Rusiyaya məxsus hərbi texnikadan istifadə etməklə Qazax rayonunun Bağanis-Ayrım kəndinə etdiyi hücum nəticəsində bütün kənd qətliyama məruz qalmış, kənd sakinlərinə qarşı misli görünməmiş qəddarlıq və vəhşilik sərgilənmişdir. Təkcə bir faktı qeyd edək ki, kənd sakinlərindən 7 nəfər  ocağa atılaraq şəhid edilmiş, öldürülənlərin meyitləri belə yandırılmışdır. Ermənilər Bağanis-Ayrımda beşikdəki uşaqları belə qətlə yetirmiş, heç kimə rəhm etməmişdilər.

 

Erməni faşizminin Bağaniz-Ayrımda gerçəkləşdirdiyi qətliyam Azərbaycan dövləti və ictimaiyyəti tərəfindən zaman-zaman beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmış, bununla bağlı tarixi faktlar əsasında çoxsaylı məqalələr yazılmış, kitablar nəşr edilmişdir. Əsgər Abdullayevin müəllifi olduğu “Azərbaycana qarşı erməni təcavüzü və xarici havadarlıq”  əsərində, ATV-nin “Sakinləri diri-diri yandırılan kənd”adlı  reportajında Bağanis-Ayrım cinayətindən ətraflı bəhs olunub.

 

Bağanis-Ayrım həqiqətlərinin dünyaya çatdırılması istiqamətində də silsilə addımlar atılıb. Bu addımlardan biri Bağanis-Ayrım qətliyamından bəhs edən kitab və mqəalələrin tərcümə edilərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olub. Nümunə üçün qeyd edək ki, “Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” kitabı dörd müxtəlif dildə nəşr edilmişdir. (//modern.az/az/news/3883/ermenilerin-toretdiyi-soyqirimin-qurbani-baganis-ayrim-kitabinin-teqdimati-olub-fotosessiya ).

 

Ermənilərin xalqımıza qarşı törətdiyi qətliyamlardna biri də Kərkicahan kəndi ilə bağlıdır. 1991-ci ildə Azərbaycanda nizami ordunun mövcud olmamasından, ölkə daixlindəki ictimai-siyasi gərginlik və qarşıdurmadan istifadə edən ermənilər ağır texnika və çoxsaylı canlı qüvvə ilə Kərkicahana hücum etmiş, kəndi işğal edərək böyük qətliyamlar törədiblər. Ermənilərin Kərkicahanda törətdiyi cinayətlər nəticəsində 150-dən çox şəxs qətlə yetirilmişdir ki, onların da 40-ı qadın olmuşdur. Ermənilər işğal etdikləri bütün ərazilərdə olduğu kimi, Kərkicahanda da böyük vəhşiliklər həyata keçirib, dinc sakinləri belə qorxunc işgəncələr məruz qoyublar.

 

Bağaniz-Ayrım qətliyamı kimi ermənilərin Kərkicahanda törətdiyi vəhşiliklərin də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması həm Azərbaycan dövləti, həm də ictimaiyyətin diqqət mərkəzində olub. Bu yöndə atılan addımlardan biri kimi 2017-ci ildə “Xankəndi-Kərkicahan döyüş gündəliyi” sənədli filminin hazırlanmasını göstərmək olar. (//www.shusha-ih.gov.az/az/news/269.html ). Filmdə ermənilərin Kərkicahanda törətdiyi vəhşiliklər əks olunub, ermənilərin anti-erməni xisləti uğurla ifşa edilib.

 

İstər Bağanis-Ayrım, istərsə də Kərkicahan kəndində ermənilərin törətdiyi qətliyamların ifşa olunması hər zaman olduğu kimi bu gün də dövlət və ictimai maraqlarımız konteksindədir. Bu istiqamətdə dövlət və ictimai təşkilatların, vətəndaş cəmiyyəti institutlarının ortaya qoyduğu həmrəylik ümummilli maraqlarımızın təmin edilməsində həm dövlətimizin, həm də cəmiyyətimizin ortaq fəaliyyət sərgilədiyini göstərir.

 

Meşəli və Qaradağlı faciəsi...

 

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərdən biri də Meşəli və Qaradağlı faciələridir.

 

1991-ci il dekabrın 23-də səhər saat 07:00 radələrində Meşəli kəndinə hücum edən ermənilər 8-i qadın, 3-ü uşaq olmaqla, 28 nəfəri qətlə yetirib, 14 nəfəri yaralayıblar. Kəndləri bütün evləri, yardımçı təsərrüfatları yandıran ermənilər bütöv bir kəndi məhv edib.

 

Ermənilər 1992-ci ilin 14 fevral tarixində Xocavəndin Qaradağlı kəndinə də hücum edib, onlarla insanı qətlə yetirib, 118 nəfəri əsir götürüblər. Ermənilər daha sonra əsir götürdükləri 118 nəfərdən 101 nəfərini vəhşicəsinə ödürüb, bütün əsirləri dəhşətli işgəncələr məruz qoyublar. Qaradağlı faciəsi nəticəsində 146 uşaq valideynlərini itirib, yetim qalıblar.

 

Azərbaycan dövləti Qardağlı soyqırımının beynəlxalq aləmdə tanınması, erməni vəhşiliyinin ifşa edilməsi məqsədi ilə silsilə addımlar atmış, mühüm layihələr həyata keçirib. Bu qəbildən həyata keçirilən mühüm işlərdən biri “Soyqırımı: Qaradağlı” sənədli filminin hazırlanması olub. Filmdə erməni cinayətləri, erməni faşistlərinin dinc insanlaırn başına gətirdiyi müsibətlər ətraflı və dolğun şəkildə əks edilib, mühüm tarixi faktlar və nüanslar yer alıb. (//xocavend-ih.gov.az/az/page/59.html ).

 

Qaradağlı faciəsinin şahidlərindən Ağcagül Dadaşova erməni vəhşiliyi haqqında bunları deyir:

“...Qaradağlı kəndinin sakinlərinə qarşı amansız davranırdılar. Bizi girov götürəndən sonra yük maşınlarına mindirib apardılar. Kəndin müdafiəsi zamanı harada bir erməni terrorçusu öldürülmüşdüsə, orada maşını saxlayıb bir neçə nəfəri düşürüb faciəvi şəkildə öldürüb, qisas alırdılar. Yük maşınlarında kəndimizin özünümüdafiə dəstəsi tərkibində döyüşənləri amnasızlıqla güllələyib, ölü, yaralı hamısını silos quyusuna töküb üstünü basdırdılar. Həmin quyunun üstünü örtəndən sonra da orada inilti səsləri gəlirdi". (//report.az/qarabag/qardagli-qaradagli-faciesinin-sahidleri-yaralilari-quyuya-tokub-ustunu-bagladilar-6-neferi-diri-diri-yandirdilar/ ).

 

Göründüyü kimi, ermənilərin tarixi cinayətlərinin ifşa edilməsi hər zaman dövlət və ictimai maraqlarımızın müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edib, bu gün də öz aktuallığını qorumaqdadır.

 

Heç şübhəsiz, zaman-zaman bu faciələr haqında yeni əsərlər yazılacaq, filmlər çəkiləcək, dövlət-xalq birliyi bütün digər sahələrdə olduğu kimi erməni cinayətlərinin beynəlxalq müstəvidə ifşasına da öz töhfəsini verəcək.

 

Seymur ƏLİYEV

Moderator.az

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.4. istiqaməti üzrə ( İctimai və dövlət maraqlarının müdafiəsi) hazırlanmışdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO