Millət vəkili çürüyən uşağa dəstək verdi

Millət vəkili çürüyən uşağa dəstək verdi

Hazırda oxunan: Millət vəkili çürüyən uşağa dəstək verdi

33036
Bir neçə gün əvvəl mətbuatda ağır xəstəliyə düçar olması barədə xəbər yayılmış Akif Məmmədova Azərbaycan Milli məclisinin millət vəkili Qənirə Paşayeva kömək əlini uzadacaq. Moderator.az xəbər verir ki, bu barədə məlumat xanım Paşayevanın “Facebook” səhifəsində yayılıb. Xəbərlə tanış olduqdan sonra bütün gecəni yata bilmədiyini yazan millət vəkili 14 yaşlı xəstə üçün sabah səhiyyə naziri Oqtay Şirəliyevə məktubla müraciət edəcəyini qeyd edib. Xəstə Akifə Allahdan şəfa diləyən millət vəkili Qənirə Paşayeva onun üçün dua etdiyini bildirib. 


“14 yaşlı Akiflə bağlı yazını dünən axşam oxudum və bütün gecə demək olar ki, yata bilməmişəm. Gözümün qarşısından getmirdi onun yardım edin deyən gözləri. Ağdamda ön cəbhə bölgəsində yaşayan Akifin dərdinin əlacı olsa və ölkımizdə kömək etmək imkanı olsaydı dostlara da müraciət edib birlikdə ona kömək etməyə çalışardıq. Amma onun xəstəliyi yazılana görə nadir xəstəlikdir və müalicəsinin harada olub-olmaması da ciddi araşdırılmalıdır. Bir az əvvəl bir millət vəkili kimi Səhiyyə Naziri Oqtay Şirəliyevə rəsmi məktub yazdım və sabah mürciətlə bərabər cənab nazirlə danışaraq Akifə necə kömək etmək olar istiqamətində xahiş edəcəm. Ailəsinin telefonunu axtarırlar uşaqlar. Anası ilə danışmaq istəyirəm. Kimdəsə varsa mütləq bizə yazın. Allah özü ona kömək olsun. İnanıram ki, mütəxəssislər Akifin müalicəsi və sagalması imkanları ilə bağlı araşdırma aparacaqlar və belə bir ehtimal varsa ona dövlət tərəfindən mütləq kömək olacaq. Allah heç bir uşağı belə bir vəziyyətə düşürməsin! Allah heç bir valideynə belə ağrı yaşatmasın! Allah Akifə kömək olsun! Bütün dualarımız onunladır.”

Qeyd edək ki, bir meçə gün əvvəl ölkə mətbuatında 14 yaşlı Ağdam sakini Akif Məmmədovun bədəninin çürüməsi ilə nəticələnən xəstəliyə düçar olması barədə xəbər yayılmış, bundan 1 gün sonra isə onun 36 yaşlı atası Zaur Məmmədovun infarktdan öldüyü xəbər verilmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO