Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Roskaçestva” mütəxəssisləri populyar kərə yağlarının tədqiqatını aparıblar. Əvvəlki yoxlama bəzi saxta malları aşkar edib.
İyulda ekspertlər 68 parametrlər üzrə məhsulların keyfiyyət və təhlükəsizliyini öyrəniblər. Xüsusilə, yağda bağırsaq çöplərini, toksik elementləri, pestisid və antibiotikləri yoxalyıblar.
“Bütün yoxlanılan kərə yağı markaları tam təhlükəsiz hesab edilib. Bağırsaq çöpləri, qızılı stafilok, maya, listeriya və başqa patogen mikroorqanizmlər aşkar edilməyib” - “Roskaçestva”nın press-relizində xəbər verilir.
Bundan başqa, məhsulun bitki yağları ilə saxtalaşdırılması da aşkar olunmayıb. Bununla yanaşı, yağda piyin kütləvi payı (82,5%) hər məhsulda uyğun olmayıb.
Mütəxəssislər tədqiqatın yekununa görə Rusiya bazarında 22 məhsulu ən yaxşısı hesab ediblər.
xa0
Bunlar aşağıdakı markalardır:xa0
“Asenevskaya ferma”,” Brest-Litovsk”,” Bratya Çeburaşkinı”,” Domik v derevne”, “Karat”, “Volqoqradskie traditsii”,”Perekrestok”,”Pravilnoe maslo”,”Prostokvaşino”,”Ruzskoe”.”Tısyaça ozer”,”Usadba İlinskoe”,”Ferma”,”Savuşkin”,”Ekomilk”,”Ekomilk traditsionnoe”,”Rovenki”,”Arla natura”, Belorus export, Fine Life, Gudberg və Latesco.







































































































