Rəsulzadə və Pepinovun qanunsuzluqlarla bağlı paralamentdə etdiyi haraylar  - TARİX...

Rəsulzadə və Pepinovun qanunsuzluqlarla bağlı paralamentdə etdiyi haraylar - TARİX...

Hazırda oxunan: Rəsulzadə və Pepinovun qanunsuzluqlarla bağlı paralamentdə etdiyi haraylar - TARİX...

213287
Moderator.az Azərbaycan Cümhuriyyətinin bir neçə aydan sonra keçiriləcək yüzillik yubileyi ilə bağlı silsilə yazılarına davam edir. Bu il həm də parlamentin yaranmasından bir əsr ötəcək. Bu səbəbdən, Cümhuriyyət parlamenti, iclasları, orada baş verən maraqlı hadisələrlə bağlı oxucuları məlumatlandırmaqda fayda görürük.

1919-cu il 3 aprel…. Cümhuriyyətin sayca 26-cı iclası… Cümhuriyyət naziri Əhməd bəy Pepinov və Milli Şuranın sədri Rəsulzadə bəzi məmur qanunsuzluqlarına qarşı üsyan edirlər. Parlamentin iclasındakı başqa deputatlar da onların bu çıxışlarını sürəkli alqışlayırlar.
Moderator.az Azərbaycan Cümhuriyyətinin parlament stenoqramlarına istinadən, həmin iclasdakı iki məşhur çıxışı təqdim edir:

Əhməd Cövdət Pepinov:xa0Əfəndilər! Hər bir qanun ki, parlamentdən keçir, onun barəsində bizim bir nöqteyi-nəzərimiz var. Görək bu qanunun camaata füqəreyi-kasibəyə nə qədər mənfəəti ola bilər. Onu mülahizə etdikdən sonra qanunu ya qəbul ya da rədd edəriz. Yoldaşımızın söylədiyi bu nöqteyi-nəzərdən idi və Səməd ağa bu nöqteyi-nəzəri ilə daxiliyyə nəzarətinin layihəsinə səs verməyəcəyimizi söylədi, fəqət, məndən əvvəl söyləyən daxiliyyə naziri cənabları buyurdular ki, indi qanunu tənqid etmək yersizdir, çünki nəzarətin işləri qayda üzrə gedir və Azərbaycanda lazımi əhəmiyyəti vardır. Əfəndilər! Üsuli-idarə xüsusunda indiyə qədər iki nöqteyi-nəzər vardı. Əvvəlinci nəzər padşahların, çarların, soltanların yer üzündə Allah-taala vəkili olduqlarını iddia edərək üsuli-idarədə onların əmri lazım olduğunu və camaatın bilaqeyd, bilaşərt onlara tabe olması lazım gəldiyini söyləyirdi. İkinci prinsip isə demokratizm əsası idi ki, bu fikrə görə bütün ixtiyar gərək camaat əlində bulunsun və üsuli-idarə camaatın istədiyinə görə düzəlsin. Bizim yoldaşlar, sosialistlər indiyə qədər prinsip davası çəkirdilər. Birinci fikrin əsassız olub demokratizm fikrinin haqlı olduğunu isbat etmək üçün dəlillər gətirirdilər. Fəqət, Rusiya inqilabi-kəbirindən sonrakı çarların, qeysərlərin, imperatorların taxtları sərnigun oldu, birinci prinsip demokratizm səlinin qüvvəti ilə süpürülüb ortalıqdan götürüldü. İndi bu saat dünya üzərində demokratizm əsasları artıq hökmran oldu və kimsə bunların əleyhinə çıxmağa cəsarət edəmir. Demokratiyanın, xalqın ziddinə olanlar indi başqa bir yol götürmüşlər. Söz demokratizm əsaslarının etiraf və qəbul etməklə bərabər işdə bunun əksinə gedirlər. Bu gün baxınız, dünya, cahan kəbirləri Aloyd Corc və Vilsonlar və arkadaşları dəxi demokratizmdən bəhs edirlər, xırda millətlərin müqəddəs haqlarından dəm vururlar. Fəqət, işə gəldikdə Osmanlı məmləkətlərini, Rusiya və Avstriya torpaqlarını, Almaniya koloniyalarını kəndi aralarında təqsim edir və onlarda ağalıq etmək istəyirlər. Bir çox adamlar, firqələr dəxi indi söz də demokratizm əsaslarını qəbul edirlərsə də işə gəldikdə bunun əksini işlətməyə çalışırlar. İşdə bu gün zikr etdiyimiz qanuna gəldikdə, biz də deyirik ki, idarə məmurlarının aldıqları pul kifayət etmir. Məvacibləri gərəkxa0 artırılsın.xa0 Fəqət,xa0 qanununxa0 mahiyyətinə bərəks getmiriz.xa0 Fəqət, daxiliyyəxa0 nəzarətininxa0 indiyə qədər işlətdiyi və camaat üçün fəlakətli olan siyasətinin əleyhinə gediriz. Biz də istəriz ki, adminstrasiya və polis idarələri qaydaya qoyulsun, düzgün olsun və məmurlar xalqın canını və malını təmin etsinlər. Fəqət, qanun layihəsini qəbul etməklə bizim istədiyimiz təmin edilir. Çünki nəzarətin siyasəti yenə əski qaydası üzrə qalır. Daxiliyyə naziri cənabları bizə isbat etməyə çalışdı ki, polis nəfəratı arasında çox canfəda və vətənpərəstlər vardır. Hərgah doğrudan da çoxusu belə olsaydı, sözümüz yox idi. Fəqət, ayrı-ayrı canfəda fərdlər bulunmaqla bərabər bir çox məmurlar da var ki, öz qaradovoylarını yanına alıb gecələr çapğınçılığa gedir, xalqın evini soyur, başını kəsir. Bir çox polis nəfəratı şimdi böyük pullar sahibi olmuşlardır. Məsələn, Qazax uyezdinin başında olan polis naziri neçə ay bundan əvvəl heç bir şeyə malik olmadığı halda bu gün çapğınçılığı və xəyanəti sayəsində milyonlar sahibi olmuş və Tiflisdə mülk üstünə mülk alır. (Soldan alqış!) Bu kürsüdən dəfələr ilə bu barədə danışıldı, nəzarətə işarət edildi. İndi haman şəxs qazandığı pulları kafi görüb qulluqdan əl çəkmək istədikdə nazir cənabları istefasını qəbul etməyib "qal və çapğınçılığa da davet!"- deyir. (Soldan alqış!) Daxiliyyə naziri cənabları hökumətin istefasından sonra özünün liberal, hürriyyətpərvər bir şəxs olduğunu isbat üçün qubernatorların adına bir müraciətnamə sadir etmişdir ki, orada idarə məmurlarının bir çoxunun yaramaz və əyri olduğunu göstərir və qubernatorlara əmr edir ki, polisxa0 xa0idarələrinixa0 xa0eləxa0 xa0adamlardanxa0 xa0təmizləsinxa0 xa0vəxa0 xa0düzgün məmurları qəbul eyləsin. Fəqət, əfəndilər, əvvəlcə dediyim kimi bu bir gözəl nümayişdir. Və yazılanlarla nazirin tutduğu işlər bir-birinə təvafüq etmir. Nazir cənabları nəzarət başına gəldikdə bu elannamə ilə başlamalı idi və onu həqiqətdə mövqeyi-icrayə qoymalı idi, nəinki istefaya çıxdıqdan sonra baxınız qubernatorlara polis idarələrini düzəltməyi əmr edərək və məsuliyyəti onların üzərinə qoyduğu halda Zaqatalaya qubernator olmaq üzrə sizə və bütün Azərbaycana məlum olan Nikolayın köhnə məmurlarından öz rüşvətxorluğu ilə və qaçaqlarla əlbirliyi ilə məşhur olan bu zatı təyin edir. (Soldan alqış!) Və zati əfəndilərə tapşırır ki, idarələri düzəltsin, əyriləri çıxartsın və düzgün adamları qulluğa qoysun. Bu gülünc deyilmidir, əfəndilər? Nəzarət bizdən polis məmurları məvacibi üçün 60 milyon camaat pulunu tələb edir. Əlbəttə veririk və bundan ziyadə veririk, fəqət bu şərtlə ki, camaatın əmin-amanda olacağı bizə məlum olsun. Nazir əfəndinin söylədiyinə görə polis nəfərləri bu gün sərhədlərimizi düzəltmək kimi və kontrabanda ilə mübarizə etmək kimi vəzifələrini görürlər. Fəqət, biz hamımız və bizimlə bərabər nəzarət də bilməlidir ki, sərhəddə olan kontraband (qaçaq mal aparmağı) hamıdan ziyadə polis idarələri özləri edirlər və yaxud onların köməklikləri ilə olur. Bir vaxt var idi Gürcüstan sərhəddində neft əvəzinə neft möhtəkirçiliyi kontrabandaçılığı meydan almışdır. İndi neft əvəzinə çörək kontrabandası və möhtəkirliyi polis nəfərlərinin köməkliyi ilə davam etməkdədir. Əlbəttə, hər bir idarə içində olduğu kimi daxiliyyə nəzarətinin içində də pis adamlar var, canilər, əyrilər ola bilir. Amma əyər daxili nəzarətinin siyasəti, sistemi düz olsaydı, nəzarət böylə ünsürlər və adamlar ilə mübarizə edər və islaha çalışardı. Amma biz nəzarətin siyasətində əksini görürüz. Haman yaramaz adamlar iş başında oturur, heç bir tövr ilə onlardan xilas ola bilmirlər. Çünki nəzarət bunları bilir, kömək edir.

Məhəmməd Əmin Rəsulzadə: Bizim nöqteyi-nəzərimiz əvvəl başdan müəyyəndir. Bu kimi tənqidlər büdcə müzakirəsi əsasında olmalıdır. Meydandakı qanunu istəmiriz demək və ağzı köpüklü, hökuməti Nikolay hökumətinə bənzətmək, hamınız bu xəyanətlərdə müqəssiriniz deyə nəzakətdən xaric bir vəziyyət almaq, vəziyyəti anlamamaqdır. Bir halda ki, hər bir şey təzədən qurulur. Məclisi-Məbusan öz aralarında bir neçəsini seçib nazir etmiş, yerdə qalanlar da oturub özlərinə məbus demişlərdir, belə bir halda vəziyyət almaq ki, nə gəlirsə gəlsin, qəbul etməyəcəyik, doğru olamaz. Bunu Nikolay hökuməti zamanındakı şəkli-hökumət ilə əsasından düşmən olan qeyri-məsul müxaliflər yaparlardı.xa0 Onların hərəkətində məntiq də vardı. Əhməd bəy Pepinov dedi ki, zəmanəmiz Nikolay zamanına oxşayır. Sonra bizə hökumətlər haqqındakı nəzəriyələrdən bəhs elədi. Hökumətin bir nöqteyi-nəzərində müəyyüd, münəndullah, digər tərəfdən xalqdan doğma nəzəriyyəsi olduğunu anlatdı. İkinci nəzəri-məziyyətin, faydasını vək ədalətə müvafiq olmasını da ayrica anlatdılar. Burada Ağamalı oğluna bir nəzirə yaparaq bir anektod hazırladım. Bir də bir hekayə söyləyəlim: "Köylünün birisi kənddən şəhərə ərbaba pay gətirmiş idi. O pay içərisində bir toyuq da var idi. Ərbab toyuğu almayıb dedi ki, apar sal qazana,xa0 tüklərinixa0 üt,xa0 xa0təmizləxa0 xa0verxa0 uşaqlarxa0 yesin.xa0 xa0Kəndli təzim ilə dedi ki, Allah xana ömür versin, yoxsa tüklü-tüklü yeyəcək idik." Allah sosialistlərə ömür versin ki, hökumət haqqında müxtəlif nəzəriyyələr mövcud olduğunu bizə anlatdılar. Allah onlara həqiqətən ömür versin, yoxsa ki, biz bunu bilməyəcəkdik. Daxiliyyə nəzarətinin bir çox şayani-tənqid cəhətləri var. Əsasən tənqid sırası olduğuna qane olsaydıq, biz də burada bir çox şeylər söylərdik.xa0

Hazırladı: Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO